Kimsə səndən bir şey istəsə, onları əliboş qaytarma...
Mьəllif: Admin
Tarix: 28-09-2021, 22:12
Kimsə səndən bir şey istəsə, onları əliboş qaytarma...
İmam Rza (ə) Xorasanda olan zaman oğlu İmam Cavada (ə) məktub yazır və ona mühüm nəsihətlər verir. Onların bir hissəsi infaqa, insanlara xidmətə və ehsana aid idi.

İmam (ə) məktubun qalan hissəsində yazır: “Oğlum! Allah səni saxlasın! Düşmənlərindən sənə pənah versin! Mən dünya mallarım haqqında sənə məlumat vermişəm.

O malları mən sənin ixtiyarına qoyuram ki, qohumlarına sileyi-rəhm edəsən. Atam İmam Musaya (ə), babam İmam Səccada (ə) xidmət edənlərə ehsan edəsən! ...

Oğlum, sənin boynunda olan haqqıma görə səndən istəyirəm ki, evə daxil olanda və xaric olanda ümumi qapıdan girib-çıxasan.

Evdən çıxan zaman yanında qızıl və gümüş götür və kimsə səndən bir şey istəsə, onları əliboş qaytarma. Əgər əmilərin səndən maddi yardım istəsələr, 50 dinardan azını vermə. Ondan çoxunu isə özün bilərsən. ...

Mənim sənə olan bu tövsiyələrim sənin Allah Təala yanında olan uca məqamına görədir. Ona görə də başqalarına infaq və ehsan et. Ərşin sahibi olan Allahdan, yoxsulluğa görə qorxun olmasın”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930