Ən üstün sədəqə hansıdır? – Məsumların (ə) səxavət dərsi
![]() Həzrət (ə) ona 400 dirhəm verib yola salır. Ancaq sonra bir nəfəri onun dalınca göndərib, həmin şəxsi geri qaytarır. Üzüyünü əlindən çıxardıb, ona verir və buyurur: “Bu üzüyün qiyməti on min dirhəmdir. Nə zaman ehtiyacın olsa, onu elə bu qiymətə sat”. Həmin insan soruşdu: “Bəs niyə üzüyü mənə ilk dəfə gələndə vermədiniz?”. Həzrət (ə) buyurdu: “Peyğəmbər (s) buyurmuşdur: "Ən üstün sədəqə odur ki, ehtiyacı olan insanın ehtiyacsızlığına səbəb olasan””. Həzrət Peyğəmbər (s) buyurur: “Səxavətli insan, Allaha, insanlara və behiştə yaxındır”. Ona görə Həzrət, Hatəm Tayinin vəfatından sonra oğluna buyurur: “Səxavətli olduğu üçün, ondan ağır əzab götürülmüşdür”. İmam Əli (ə) buyurur: “Səxavət – insanların sevgisinə səbəb olar və insanın əxlaqını bəzəyər”. /Deyerler.org/ Oxşar xəbərlər
|