Süleyman peyğəmbərin (ə) İspaniyada olan xəzinəsi
Müəllif: Admin
Tarix: 8-09-2021, 18:14
Süleyman peyğəmbərin (ə) İspaniyada olan xəzinəsi
Şəbi nəql edir: “Bir gün Əbdulmülk ibni Mərvan məni yanına çağırdı və dedi:

“İspaniyada olan nümayəndəmiz Musa ibni Nəsr xəbər göndərmişdir ki, bu şəhərdə Həzrət Süleymanın (ə) xəzinəsi tapıılmışdır.

Süleyman öz dövründə cinlərə əmr verir ki, onun üçün misdən şəhər salsınlar. Bütün cinlər və ifritlər bu şəhəri salmaq üçün toplaşır və çalışırlar. Onu Allahın Süleyman üçün axıtdırdığı mis bulağından inşa etdilər.

Həmin şəhər İspaniyanın səhrasında yerləşir. Süleymanın (ə) xəzinələri o şəhərdə qərar tutur. Mən o şəhərə tərəf hərəkət etmək istəyirəm.

Məmurlarımdan biri məni xəbərdarlıq edibdir ki, oranın yolu hamar deyildir, çox çətin yoldur. Hazırlıq etmədən və uzun yol üçün azuqəsi tədarük etmədən ora getmək olmaz. İran padşahı Dara o yolun ancaq bir hissəsini getmişdir. Ondan başqa heç kəs ora gedə bilməmişdir.

İskəndər onu öldürən zaman demişdir: “Allaha and olsun ki, bütün torpaqları zəbt etmişəm. Hər diyarın əhli mənim qarşımda baş əymişdir. Elə torpaq qalmayıbdır ki, ora ayaq basmayım. Məgər İspaniyada olan torpaqdan başqa”.

Dara o yeri görmüşdü və bundan sonra İskəndər həmin yerə getmək üçün bir il hazırlıq görür və öz casuslarını göndərir ki, məlumat toplasınlar. Casusları da ona dedilər ki, bu yol keçilməz bir yoldur. Ona görə də İskəndər ora getməkdən əl çəkir”.

Bu sözlərdən sonra Əbdülmülk Musaya məktub yazır ki, onun gəlişi üçün hazırlıq görsün. Musa, Əbdülmülkə cavabında məktub yazır və deyir ki, mən o şəhərə gedib çıxa bildim və şəhərin divarına çatanda orada ərəb dilində yazılmış bir şeirin yazıldığını gördüm. Əmr verdim ki, həmin şeiri qeydə alsınlar.

Bu şeirdə belə yazılmışdı:

“Onlar ki, izzət və məqam sahibidirlər – bilsinlər ki, heç bir varlıq cavidan deyildir. Əgər cavidanlıq müsabiqəsi olsaydı, Süleyman ona çatardı. Çünki o, həmin kəsdir ki, mis onun üçün bulaq kimi qaynamışdır.

O, da cinlərə əmr vermişdir ki, bu misdən şəhər tiksinlər. Qiyamətə qədər qalsın və paslanmasın. Onlar da bu böyük işə başladılar.

Xüsusi qayda üzərindən şəhəri səmaya qaldırdılar. Misi qəliblərə tökdülər və ondan hasarlar çəkdilər. İsti səhrada inşa edildiyi üçün Süleyman bütün xəzinələrini bu şəhərdə qərar verdi. Gələcəkdə bu xəzinələr aşkar olacaqdır.

O xəzinələr yerin altında gizlədilmişdir. Elə bir zaman gələcəkdir ki, Ədnan nəslindən padşah doğacaqdır. O, Haşim nəslindən və ən üstün insan olacaqdır.

Allah onu xüsusi nişanələr ilə məbus edəcəkdir. Allahın bütün məxluqlarının ağ və qara rəngli insanların sorağına gedəcəkdir.

Yerin bütün xəzinələrinin açarı onun əlində olacaqdır. Onun canişinlərinin də bu açarları olacaqdır. Onlar 12 hüccət və xəlifədirlər. Allahın əmri ilə onların Qaimi (ə.f) qiyam edəcəkdir. Bu zaman səmadan onu adı ilə çağıracaqlar”.

Əbdülmülk bu məktubu oxuyanda heyrətə gəlir və onu Muhəmməd ibni Şəhaba göstərir və nəzərini soruşur.

Muhəmməd ibni Şəhab deyir: “Belə düşünürəm ki, bu şəhəri tikən cinlər onu mühafizə edirlər və ora girmək istəyənləri isə yolundan azdırırlar”.

Əbdülmülk soruşur: “Səmadan adı çəkiləcək insanı tanıyırsan?”.

Muhəmməd ibni Şəhab deyir: “Bu mövzuya toxunma”.

Əbdülmülk deyir: “Necə toxunmayım ki, belə bir böyük mövzudur. Gərək mənə bildiklərini deyəsən”.

Muhəmməd ibni Şəhab deyir: “Əli ibni Hüseyn (ə) mənə buyurmuşdu ki, o, Fatimənin (s.ə) nəslindən olacaq Məhdidir (ə)”.

Əbdülmülk deyir: “Belə deyildir. O, bizim nəsildən olmalıdır”.

Muhəmməd ibni Şəhab deyir: “Mən ancaq İmam Səccadın (ə) sözlərini dedim. Əgər istəyirsənsə, özündən soruş”.

Əbdülmülk deyir: “Mənim buna ehtiyacım yoxdur. Bu mövzu aramızda gizli qalsın”.

Muhəmməd ibni Şəhab deyir: “Sənə xatir heç kəsə deməyəcəyəm”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031