Qəbir sıxıntısı deyildikdə, nə nəzərdə tutulur?
Mьəllif: Admin
Tarix: 31-08-2021, 10:07
Qəbir sıxıntısı deyildikdə, nə nəzərdə tutulur?
Adətən qəbir əzabı deyildikdə, insanın qəbrə qoyulduğu zamandan başlayan sıxıntıları nəzərdə tutulur.

Qəbrin ilk gecəsi dedikdə, bu zaman dünya zamanı kimi deyildir. Yəni, meyitin dəfn olunduğu gecə kimi bunu qəbul edə bilmərik.

Çünki bərzəx aləmində zaman məfhumu tamamilə başqa cürdür. Belə ki, bərzəx aləmində gecə və gündüz olmur. Günəş batıb yenidən doğmur.

Hədis nəql edənlərin nəzərinə görə, əgər meyiti səhər dəfn ediblərsə, elə həmin zaman mələklər onun sorağına gələrlər. Bu əzab ilk sur çalınana qədər davam edər.

Fikir sahiblərinin nəzərinə görə, qəbirdə baş verən hadisələrin çox hissəsi insanın cisminə aid olar. Yəni, insanın bərzəx bədəni əzab çəkər.

Hədislərimiz buyurur ki, hətta bəzi möminləri də belə, qəbir əzabı gözləyir. Adətən bu əzaba dünya nemətlərini israf və zay edən möminlər şamil olar.

Hədislərimiz buyurur ki, möminin çəkdiyi bu qəbir əzabı dünyada zay etdiyi nemətlərin kəffarəsi olar və buna görə Qiyamət günü cavab verməz. Yəni, israfın günahının kəffarəsini bərzəx aləmində əzab olunaraq vermiş olar.

Qəbir əzabının keyfiyyəti barəsində deyə bilərik ki, bəzi hədislərdən bu qənaətə gəlmək olur ki, qəbir insanı o qədər sıxar ki, bütün sümükləri qırılar və insan bu sıxıntının ağrısını hiss edər.

Qəbri qaranlıq və zülmətli olar. İnsanı dəhşətə gətirər. Hesab çəkmək üçün gələn mələklər qəbrə böyük qorxu yaradaraq daxil olarlar. Qəbrin aşağısında cəhənnəmə qapılar açılar.

Bundan başqa, kafirlərin qəbir əzabı barəsində oxuyuruq ki, meyit qəbrə qoyulmazdan əvvəl belə, bu qəbir ilan, əqrəb və başqa zəhərli sürünənlərlə dolu olar. Eyni zamanda qəbirdən atəş çıxar.

Hətta bəzi meyitləri basdıran zaman qəbirdən fəryad səslərini eşidən insanlar belə olmuşdur. Qəbri qazan zaman ilanları görənlər belə olmuşdur.

Buna görə başqa yerdə qəbir qazmışdılar. Ancaq orada da ilanların olduğunu görmüşdülər. Bütün bunlar qəbir əzabının kefiyyətindən xəbər verir.

Həzrət Peyğəmbər (s) buyurur: “Möminin sədəqə verməsi – onun dünya bəlalarını, qəbir əzabını və Qiyamət günündəki əzabını aradan aparar”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031