Bu 7 ayəni müəyyən tərtiblə oxuyan, bütün ziyanlardan qoruna bilər
Mьəllif: Admin
Tarix: 31-08-2021, 10:03
Bu 7 ayəni müəyyən tərtiblə oxuyan, bütün ziyanlardan qoruna bilər
İmam Əli (ə) nəql edir: “Peyğəmbər (s) bir gün buyurdu: Ey Əli! Sənə elə şey öyrətmək istəyirəm ki, əgər yeddi səma və yerin xəlqi toplaşsalar, sənə ziyan vura bilməzlər. Heç kəs sənə zəfər çala bilməz.

Quranda yeddi ayə vardır ki, onları özünə bu tərtiblə oxu. Birincini qarşına, ikincini başının arxasına, üçüncünü başının üstünə, dördüncünü aşağıya, beşincini sağ tərəfə, altıncını sol tərəfə və yeddincini bütün bədəninə.

Ey Əli! Hər kim bu yeddi ayəni oxuyarsa və ya özü ilə gəzdirərsə, Allah Təala onun əməl dəftərində olan 70 min pisliyi uzaqlaşdırar və əməl dəftərinə 70 min həsənə yazar. Behiştdə onun üçün 70 min qəsr tikər və 70 min huri və xidmətçilər ona xidmət edərlər. Behiştin 70 min ipəyindən ona geyindirərlər.

1. “De: «Bizə Allahın (Lövhi-Məhfuzda) bizim üçün yazdığından və qərara aldığından (zəfər, məğlubiyyət və sairədən) başqa əsla bir şey yetişməyəcəkdir. O bizim başçı və yardımçımızdır və bütün möminlər Allaha təvəkkül etməlidirlər»”. (“Tövbə” 51).

2. “Əgər Allah sənə bir zərər-ziyan yetirsə, onu Ondan başqa dəf edən yoxdur və əgər sənə bir xeyir yetirsə (onun da davam etməsi və aradan getməsi Onun əlindədir çünki,) həqiqətən, O, hər bir şeyə qadirdir”. (“Ənam” 17).

3. “Bu yer üzündə (heyvan, cin və insan olmasından asılı olmayaraq) hərəkət edən hər bir canlının ruzisi Allahın öhdəsinədir və O, onların əsl məkanlarını və müvəqqəti yerlərini (onların atalarının belində və analarının bətnində olan yerlərini) bilir. [Yaxud: O, onların (həyatda) məskunlaşdıqları məkanı və (ölümdən sonra) əmanət qoyulduqları yeri bilir]. (Bunların) hamısı aydın kitabda (uca aləmdə Allah dərgahına yaxın olanların nəzərlərində aydın olan Lövhi-Məhfuzda) qeyd olunmuşdur”. (“Hud” 6).

4. «Həqiqətən, mən öz Rəbbim və sizin Rəbbiniz olan Allaha təvəkkül etdim. Elə bir hərəkət edən yoxdur ki, alını (vücudu) Onun ovcunda (ixtiyarında) olmasın. Həqiqətən, Rəbbim doğru yoldadır (yaradılış aləminin işlərinin idarə olunmasında ədalət və hikmət əsasında davranır)». (“Hud” 56).

5. “Bir çox canlılar var ki, öz ruzilərini əldə edə bilmirlər (quruda və suda yaşayan heyvanların bir çoxu kimi). Onlara da, sizə də ruzini Allah verir. O, eşidən və biləndir”. (“Ənkəbut” 60).

6. “Allahın insanlar üçün açdığı hər hansı bir rəhmətin (mənəvi və maddi rəhmətlərin) qarşısını alacaq heç bir kəs ola bilməz, qarşısını aldığı bir şeyi isə Ondan sonra bir açacaq kəs ola bilməz. Yenilməz qüvvət və hikmət sahibi olan Odur”. (“Fatir” 2).

7. “Əgər onlardan göyləri və yeri kimin yaratmasını soruşsan, şübhəsiz «Allah» deyə (cavab verə)cəklər. (Çünki onlar öz məbudlarını uluhiyyət və yaradılışda deyil, rübubiyyətdə və işlərin idarəçiliyində Allahın şəriki hesab edirdilər). De: «Mənə xəbər verin (görüm) əgər Allah mənə bir zərər-ziyan (vurmaq) istəsə, Allahın yerinə çağırdıqlarınız Onun zərər-ziyanını aradan qaldıra bilərlər? Yaxud O, mənə bir mərhəmət istəsə, onlar Onun mərhəmətinin qarşısını ala bilərlər?» De: «Mənə Allah kifayətdir. Təvəkkül edənlər yalnız Ona təvəkkül edirlər»”. (“Zumər” 38).

Allah Təala bizləri Quranı dərk edənlərdən qərar versin və bütün ziyanlardan amanda saxlasın!



/Deyerler.org/

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031