Həzrət İsa (ə) hansı məkana enəcəkdir?
Mьəllif: Admin
Tarix: 28-08-2021, 18:07
Həzrət İsa (ə) hansı məkana enəcəkdir?
Hədislərdən belə nəticəyə gəlmək olur ki, Həzrət İsanın (ə) enəcəyi məkan Dəməşq olacaqdır. Həzrət Peyğəmbər (s) buyurur: “İsa ibni Məryəm (ə) Dəməşq diyarının şərq hissəsində olan ağ minarənin kənarında yerə enəcəkdir”.

İbni Kəsir nəql edir: “O zaman ki, Dəccal zühur edəcək, Məsih (ə) səmadan yerə enəcəkdir. Onun enəcəyi yer ağ minarənin kənarı olacaqdır”.

“Kitab (Tövrat və İncil) əhlindən elə bir nəfər yoxdur ki, ölümündən (bir neçə an) qabaq ona (İsanın Allahın elçisi və qulu olmasına) iman gətirməsin (lakin bu imanın heç bir xeyri yoxdur).

(Yaxud: Kitab əhlinin hamısı (dünyanın sonunda İsa göydən yerə gələndən sonra və) ölümündən qabaq ona iman gətirəcək). O da Qiyamət günü onlara şahid olacaqdır”. (“Nisa” 159).

Bir gün Həccac istehza ilə bu ayəni misal çəkərək, İmam Baqirin (ə) şagirdlərinə deyir: “Kitab əhlinin çoxunun boynunu vurmuşam və onların imanı etiraf etdiklərini heç vaxt eşitməmişəm”.

Bu zaman İmam Baqirin (ə) şagirdi müəllimindən eşitdiklərinə əsasən deyir: “Bu ayə İmam Zamanın (ə.f) zühuru barəsindədir.

O zaman ki, Həzrət İsa (ə) rəcət edəcəkdir, İmam Zamanın (ə.f) arxasında namaz qılacaqdır – o zamanda elə bir yəhudi və xristian tapılmayacaqdır ki, ölümündən əvvəl İsaya (ə) iman gətirməmiş olsun”.

Həzrət İsa (ə) Allahın izni ilə İmam Zaman ağanın (ə.f) zühurundan sonra yerə enəcək və İlahi hədəfi yerinə yetirmək üçün İmama (ə.f) yardım edəcəkdir.

İmam Zaman ağa (ə.f) Beytul-müqəddəsdə cümə günü sübh namazı iqamə edən zaman, Həzrət İsa (ə) Allahın izni ilə yerə enəcək və İmama (ə.f) iqtida edəcəkdir.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Fevral 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728