Kərbəla şəhidləri - Hənzələ ibn Əsəd Şəbami
![]() Aşura günü İmamdan (ə) cihad izni alan Hənzələ düşmən qoşununu moizə etdikdən sonar belə dedi: "Ey camaat! Hüseyn ibn Əlini (ə) öldürmək istəyirsiniz? Allahın əzabı sizin kökünüzü kəsəcək." Bundan sonra Hənzələ geri dönüb İmam Hüseyndən (ə) soruşdu: "Mən axirətə tərəf tələsib qardaşlarıma qoşulummu?" İmam (ə) buyurdu: "Dünyadan və içindəkilərdən daha yaxşı olan bir aləmə, köhnəlməyən səltənətə doğru tələs!" Hənzələ sağollaşmaq niyyəti ilə dedi: “Sənə salam olsun, ey Əba-Əbdillah! Sənə və Əhli-beytinə Allahın salavatı olsun!...” Sonra düşmənə tərəf yollandı və qanlı çarpışmadan sonra şəhadət feyzinə nail oldu. Maide.Az Oxşar xəbərlər
|