Peyğəmbərimiz (s) niyə məhz pis alimləri nifrinləmişdir?
Mьəllif: Admin
Tarix: 6-08-2021, 10:28
Peyğəmbərimiz (s) niyə məhz pis alimləri nifrinləmişdir?
Həzrət Peyğəmbər (s) buyurur: “Vay olsun mənim ümmətimin halına, pis alimlərə görə”.

Həzrət Rəsuli-Əkrəm (s) burada demir, vay olsun alimlərin halına! Buyurur ki, vay olsun o insanların halına ki, bu alimlərin təsiri altına düşəcəklər.


Onlar çarəsiz və yolunu azmış olacaqlar. Çünki alimlər həmişə insanlar üçün örnək olmuşdular. İnsanlar onlardan dərs alır.

Əgər alim dünyapərəst olarsa, insanlar da dünyapərəst olarlar. Halbuki, bu, dinin istədiyi şey deyildir. Din istəyir ki, insanlar axirətləri barəsində düşünsünlər və dünyanı axirətin tarlası hesab etsinlər.

Əgər alimin qəmi ancaq dünya olarsa, insanlar ondan örnək götürər və özlərinə deyərlər ki, o, bizdən daha çox bilir. Ona görə də onun getdiyi yol doğru yoldur.

Pis alimlər dini öz məqsədlərinə çatmaq üçün vasitə qərar verər və istədikləri şeyi bu yolla əldə edərlər. Onların sözləri də, yazdıqları da dünya ilə bağlı olar.

Ancaq öz faydalarına danışarlar. Dünya nemətlərini əldə etmək üçün yazarlar. Aydındır ki, bu cür alimlər haqqı deməzlər. O cür deyər və yazarlar ki, dünya əhli onu istəyər və bəyənər.

Halbuki, avam insanlar alimlərdən istifadə edib faydalanmaq istəyərlər. Öz xəyallarına görə onların yolunu doğru bilər və gözü yumulu halda onların dalınca gedərlər.

Həzrət Peyğəmbər (s) bu cür alimləri nifrinləmiş və onların öz vəzifələrinə əməl etmədiyini insanlara xəbərdarlıq etmişdir. Onların pis alimlər olduğunu insanlara bəyan edərək, onların ardıcılı olmaqdan çəkinməklərini göstəriş vermişdir.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930