Niyə qonağın fəziləti ev sahibindən artıqdır?
Mьəllif: Admin
Tarix: 6-08-2021, 10:22
Niyə qonağın fəziləti ev sahibindən artıqdır?
Muhəmməd ibni Qeys nəql edir: “Bir gün İmam Sadiqin (ə) xidmətində olan zaman bir dəstə müsəlmanın adı çəkildi.

Mən dedim: “Allaha and olsun ki, mən gecələri yemək yemirəm, məgər o halda ki, bu insanlardan ikisi və ya üçü mənimlə birlikdə olar. Mən onları dəvət edirəm və mənim evimə gəlib yemək yeyərlər”.

İmam (ə) mənə buyurdu: “Onların sənin üzərindəki fəziləti, sənin onların üzərində olan fəzilətindən daha çoxdur”.

Soruşdum: “Belə şey necə mümkündür? Halbuki, mən və ailəm onlara xidmət edirik. Mən öz malımdan onlara yemək verirəm. Onlara qulluq edir və infaq edirəm?”.

Həzrət (ə) buyurdu: “O zaman ki, onlar sənin evinə daxil olarlar – Allah tərəfindən olan çoxlu ruzi ilə sənin qonağın olarlar. O zaman ki, evdən çıxmaq istəyərlər – sənin üçün rəhmət və bağışlanma qoyub gedərlər””.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031