Duanın həyata keçməsinə mane olan xüsusiyyətlər
Mьəllif: Admin
Tarix: 4-08-2021, 17:47
Duanın həyata keçməsinə mane olan xüsusiyyətlər
Uca Allah Qurani-Kərimdə insanı yaratmağının sirrinin ibadətdə olduğunu bəyan etmişdir. “Cin və insanları yalnız Mənə ibadət etmələri üçün yaratmışam”. (”Zariyat” 56).

İbadət insanı kamala çatdırar və onun maddi və mənəvi inkişafını təmin edər. Ancaq ibadət dedikdə, nəyi nəzərdə tuturuq?

O zaman ki, ibadət sözünü eşidirik – yadımıza səcdə, rüku düşür. Halbuki, ibadət ancaq namaz, oruc və ya dua ilə kifayətlənmir. Həzrət Peyğəmbər (s) buyurur: “İbadətin 70 hissəsi vardır ki, onun ən üstün hissəsi – halal ruzi qazanmaqdır”.

Bu hədisdən göründüyü kimi, ibadətin 70 hissəsi vardır. Ancaq çox təəssüf ki, bizlər ibadət haqqında çox dar düşüncədəyik. İbadətin başqa növləri ilə maraqlanmır və onların da ibadət olduğunu bilmirik – halal ruzi qazanmaq kimi.

Əgər insan yaşamaq üçün çalışmazsa, bunun yerini tənbəllik və süstlük alar və insan iş qabiliyyətini itirər. Halbuki, zəhmət və səy insanı cismi və ruhi baxımdan daha güclü və mətanətli edər. Bu cür insan yaşamaq əzminə malik olar və başqalarına fayda verməsi onu cəmiyyətdə əhəmiyyətli bir şəxsə çevirər.

Həzrət İmam Sadiqin (ə) buyuruduğuna əsasən, tənbəllik və hövsələsizlik – insanın dünya və axirətdən faydalanmasına mane olan iki sifətdir.

Bu səbəbdən Həzrət Peyğəmbər (s) buyurur: “Ümmətimin bir dəstəsinin duası qəbul olunmaz, o cümlədən bir kişi ki, evdə əyləşər və deyər: “Pərvərdigara! Ruzimi ver!” və ruzi dalınca getməz”.

İnsan bilməlidir ki, onun işləməməsi ancaq özünə ziyan vurmaz, həm də cəmiyyətin inkişafına ziyan vurar. Hər bir insan bir cəmiyyətin fərdi hesab olunur və ona görə də onun hər bir əməli cəmiyyətə təsir qoyur.

Əgər insan çalışqan və zəhmətkeşdirsə, cəmiyyəti irəli aparır. Əgər əksinə – tənbəldirsə, cəmiyyətin geridə qalmasına zəminələr yaradır.

Bu səbəbdən tənbəllik və hövsələsizlik – insanın inkişaf etməsinə, cəmiyyətin tərəqqi etməsinə mane olan sifətlərdir. Belə insanı Allah da sevməz və ona görə də dualarını qəbul etməz.

Odur ki, səy edək, çalışaq və işlərimizdə Allaha təvəkkül edək.



/Deyerler.org/

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031