İmam Kazım (ə) vəzirə hansı bir şey müqabilində hansı üç şeyi zəmanət verdi?
Müəllif: Admin
Tarix: 24-07-2021, 09:21
İmam Kazım (ə) vəzirə hansı bir şey müqabilində hansı üç şeyi zəmanət verdi?
Əli ibni Yəqtin, Harunun vəziri idi və etibarlı bir insan kimi sarayın ikinci tanınmış və hörmət olunan insanı hesab olunurdu.

İmam Musa Kazım (ə) bir gün ona buyurur: “Bir mövzunu mənim üçün zəmanət qoy, mən də üç şeyi sənə zəmanət edərəm.

Mənim sənə etdiyim üç zəmanətdən biri budur ki, heç bir zaman qılıncla öldürülməyəcəksən. Yoxsulluğa düçar olmayacaqsan və həbs olunmayacaqsan”.

Əli ibni Yəqtin Həzrətdən (ə) soruşur: “Bəs o işi ki, mən görməliyəm, nədir?”.

Həzrət (ə) buyurur: “Zəmanət ver ki, nə zaman bizim dostlarımız sənin yanına gəlsə, onları əziz tutasan və hörmət edəsən”.

Müqəddəs Quran bizləri ancaq ədalətli olmağa dəvət etmir, əslində ondan da üstününə dəvət edir və buyurur: “Və zülm edən kəslərə ürək bağlamayın, meyil etməyin və arxalanmayın ki, sizin Allahdan başqa heç bir yardımçı və başçınız olmadığı halda, od (Allahın qəzəbi) sizə yetişər və Allah tərəfindən sizə kömək də olunmaz”. (“Hud” 113).

Yəni, mömin ədalətli olmaqla yanaşı, həm də xoş rəftara malik olmalıdır ki, kamala çata bilsin. Ədalətli və əxlaqlı, təqvalı insan həqiqi mömin hesab oluna bilər.

İmam Kazım (ə), Əli ibni Yəqtinə üç şeyi zəmanət etdiyi halda, ondan cəmi bir şey istəyir. O da budur ki, Əhli-Beyt (ə) davamçılarını sevsin və onlara hörmət edib, yaxşılıq etsin. Yəni, ədalətlə birlikdə, xoş əxlaq da nümayiş etdirməlidir.



/Deyerler.org/


Oxşar xəbərlər
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031