Kaş ki, anası sağ olaydı…
![]() Allaha xidmət edən qardaş yatır və yuxuda görür ki, bir səs deyir ki, qardaşını bağışlamışıq. Səni isə ona görə bağışlamışıq. O, deyir ki, axı mən Allaha xidmətlə məşğul olmuşam, ancaq o anama xidmət etmişdir. Ona belə cavab verilir ki, sənin etdiyin əməllərdən biz ehtiyacsızıq. Ancaq ananın ona ehtiyacı vardır. Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, anasının ayağını öpər – ona bənzəyir ki, Kəbənin astanasını öpmüşdür”. Həmçinin Rəsuli-Əkrəm (s) buyurur: “Hər kim anasının alnından öpər – cəhənnəm atəşindən amanda qalar”. Peyğəmbəri-Əkrəm (s) buyurur: “Hər kim valideynin qəbrini hər cümə günü ziyarət edərsə, günahları bağışlanılar və yaxşı əməl sahiblərindən yazılar”. Bir gün bir kişi Peyğəmbərimizin (s) xidmətinə gəlir və deyir: “Mən çoxlu günah işlətmişəm, mənim üçün tövbə yolu vardırmı?”. Həzrət (s) buyurur: “Atan və anan sağdırmı?”. Deyir: “Ancaq atam sağdır”. Həzrət (s) buyurur: “Atana ehtiram et və yaxşılıq et ki, Allah da səni bağışlasın”. O kişi gedəndən sonra Həzrət (s) ətrafında olanlara buyurur: “Kaş ki, anası sağ olaydı”. Həzrət Peyğəmbər (s) buyurur: “Necə ki, peyğəmbərlərin (ə) ümmətləri ilə bağlı duaları yerinə yetər, ataların övladları ilə bağlı duaları da yerinə yetər”. /Deyerler.org/ Oxşar xəbərlər
|