Pis əxlaqın insana 6 təsiri
Müəllif: Admin
Tarix: 16-07-2021, 09:28
Pis əxlaqın insana 6 təsiri
Pis əxlaqın insana təsirləri ilə tanış olaq:

1. Əməllərin aradan getməsi. Pis əxlaq bais olar ki, insanın yaxşı əməlləri aradan getsin. İmam Sadiq (ə) buyurur: “Pis əxlaq əməli məhv edər, necə ki, sirkə balı məhv edər”.

2. Həqiqi tövbəyə gücləri çatmaz. Həzrət Peyğəmbər (s) öz vəsiyyətində İmam Əliyə (ə) buyurur: “Ey Əli! Hər bir günah üçün tövbə etmək olar, məgər pis əxlaqdan başqa. Həqiqətən, pis əxlaqın sahibi nə zaman bir günahdan xaric olsa, başqa günaha daxil olar".

3. Qəbir əzabı. O kəsin ki, əxlaqı pis olar – qəbir əzabı çəkər. Səhabələrdən olan Səyidin misalı hamıya bəllidir. İmanlı olmasına baxmayaraq, ailəsinə qarşı kobudluq etdiyi üçün qəbir əzabına düçar olmuşdur.

4. Behiştdən məhrum olmaq. İnsan pis əxlaqına görə çox sayda nemətdən məhrum olar və ziyançəkənlərdən olar. Peyğəmbəri-Əkrəmə (s) deyirlər ki, filan qadın gündüzləri oruc tutur və gecələri ibadətlə məşğul olur, ancaq əxlaqı pisdir. Qonşular onun əlindən əziyyət çəkirlər.

Həzrət (s) buyurur: “Onda heç bir xeyir yoxdur və o, cəhənnəm əhlindəndir”.

5. Dünya və axirət xeyirinin aradan getməsi. Pis əxlaq dünyada sahibini xeyirlərdən məhrum edərək, özünü rahat hiss etməsinə icazə verməz.

Bu cür insan dünyadan ləzzət almaz. Belə insan behişti əldən verdiyi üçün, axirət ləzzətindən də məhrum olar.

Qurani-Kərimdə buyurulur: “İnsanlardan eləsi var ki, Allaha birtərəfli ibadət edir (əqidəsi qeyri-sabit, əməli havadadır). Buna görə də əgər həmin şəxsə bir xeyir (sərvət, cansağlığı və məqam) yetişsə, ona arxayınlaşar və əgər bir sınağa çəkilsə (mal və canına bir zərər-ziyan dəysə) üz döndərərək qayıdar.

Belə olan şəxs öz dünya və axirətində ziyana uğramışdır (dünyada əməlləri puç olar və axirətdə şirk və günahlarının cəzasına düçar olar). Budur həmin açıq-aşkar ziyan!”. (“Həcc” 11).

6. Həyat təravətinə malik olmaz. Pis əxlaqlı insan heç bir zaman sevinməz və şad olmaz. Çünki həqiqi həyatı təcrübə edə bilməz.

Bu insan susuz insana bənzəyir ki, su axtarışındadır və su tapa bilmədiyi üçün daima susuzdur. İmam Əli (ə) buyurur: “Pis əxlaq həyatı məşəqqətli və ağır edər”.

Allah Təala bizləri gözəl əxlaq sahiblərindən qərar versin!





/Deyerler.org/
Oxşar xəbərlər
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031