Pis əxlaqı necə islah etmək olar?
Müəllif: Admin
Tarix: 15-07-2021, 22:38
Pis əxlaqı necə islah etmək olar?
Pis əxlaq – insanı başqalarının yanında rüsvay edən əməllərdəndir.

İnsanı İlahi rəhmətdən uzaqlaşdırar və şeytanın (lən) qulu edər. Pis əxlaq insan qəlbinə atəş salar və qapılarını atəşə açar. Qəlbi və nəfsi xəstə edər.

Bəs pis əxlaqın kökündə nə durur? Nə üçün insanlar pis əxlaqa sahib olurlar?

1. Həll edilməyən cismi problemlər. Pis əxlaq adətən cismi ilə bağlı problemləri olan və bu problemləri həll etmək istəməyən insanlarda özünü büruzə verir.

2. Mühitin təzyiqi. Pis əxlaqa malik olan insanların bəziləri adətən elə mühitə düşürlər ki, ora uyğunlaşa bilmirlər. Nəticədə bu mühitlərin təzyiqi altında insanlarla pis rəftar edirlər.

3. Yanlış tərbiyə. Adətən pis əxlaq o insanlarda özünü göstərir ki, ailədə ata və ana tərəfindən düzgün tərbiyələndirilməyiblər. Bu uşaqlar cəmiyyət içinə çıxan zaman öz pis əxlaqlarını nümayiş etdirirlər.

Bəs pis əxlaqı necə müalicə etmək olar?

1. Dünya fəsadlarını yada salmaqla. O kəsin ki, əxlaqı pisdir, əgər ətrafına diqqət etsə görər ki, insanlar ondan qaçırlar. Dostu və tanışları yoxdur. Elə insan yoxdur ki, onunla yaxşı rabitə qura bilsin. Nəticədə özünü islah etməyə çalışar.

2. Gözəl əxlaqı olan insanlarla rabitə qurmaq. Əgər kimsə özünə ətir vurarsa, həmin yerdən keçən zaman o ətrin iyi insana xoş gələr.

Gözəl əxlaqa malik olan insanlar da ətir kimidir. Əgər onların yanında çox olsan, istər-istəməz gözəl əxlaqları sənə də sirayət edəcəkdir.

3. Nəfslə mübarizə aparmaq. O kəsin ki, şəkər xəstəliyi vardır, həmişə yediklərinə diqqət edər və çalışar ki, şirin qidalardan çəkinsin.

Pis əxlaqı olan insan da çalışmalıdır ki, onu təhrik edən və pis əxlaqının yaranmasına səbəb olan şeylərdən çəkinsin.

4. Özünü yaxşı əməllər yerinə yetirməyə vadar etmək. İnsan nəinki nəfsini islah etməli, həm də çalışmalıdır ki, özünü yaxşı əməllər yerinə yetirməyə məcbur etsin.

Bu yolla nəfsini saleh əməllər ilə tanış edər və ona adət etdirər. O kəs ki, saleh əməl yerinə yetirər – çalışar ki, başqalarının sevgisini qazansın. Başqalarının sevgisini qazanmaq üçün isə pis əxlaqdan uzaq olmaq lazımdır.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031