Hansı amillər namazın həqiqətini dərk etməyə mane olur?
![]() İmam Səccadın (ə) mübarək nəzərinə görə, namazın həqiqətini dərk etməyə iki amil mane olur. Onlarla tanış olaq: 1. Daxili maneələr. Daxili maneələr deyildikdə, əlbəttə ki, batində baş verənlər nəzərdə tutulur. Bu maneələr ibarətdir: - Allahın haqqını yüngül hesab etmək; - Allahdan üz çevirmək; - yalan danışmaq; - nemətlərə naşükürlük etmək; - qəflət; - təkəbbür; - səhlənkarlıq. 2. Xarici maneələr. Bu, elə amillərdir ki, insan başqaları ilə qarşılaşan zaman meydana gələr. Nəticədə həmin əməllər namazı dərk etməyə mane olar. Bu maneələr ibarətdir: - alimlərin məclisinə getməmək; - nalayiq insanlarla rabitədə olmaq; - ruzi qazanan zaman günah işlətmək; - zülm etmək. Əgər bəndə bu iki amili aradan qaldıra bilsə, həqiqi namazqılanlardan olar. Əks halda qafil və cahil olaraq qalar. /Deyerler.org/ Oxşar xəbərlər
|