Namaz qılanın batini və zahiri xüsusiyyətləri necə olmalıdır?
![]() İmam Səccadın (ə) nəzərinə görə, namaz qılan onun haqqına əməl etməlidir. İmam buyurur: “Namazın haqqı odur ki, biləsən ki, o, (sənin tərəfindən) Allaha göndəriləndir. Sən namaz halında Allah Təalanın qarşısında qərar tutarsan”. Bəs namazqılanın batini və zahiri sifətləri necə olmalıdır? 1. Zahiri sifətləri: Həya halında qiyam etmək, əzaların müti olması və namazın həddinə riayət edilməlidir. 2. Batini sifətləri: Ubudiyyət və bəndəlik, Allah qarşısında zəlil olmasına diqqət etməsi, mərifət sayəsində olan qorxu, ümid, Allahın əzəmətinə diqqət etmək, aramlıq və qəlb hüzuru. 3. Namazın təsiri: Namaz – Allahı zikr edən bir ibadət kimi bəndənin fərdi və ictimai mövqeyinə təsir qoyar. a) Fərdi təsirlər: Allahın bəndəyə nəzər salması, İlahi rəhməti cəlb etmək, Allahdan qorxmaq, Allahın kifayət etməsi, qəlb əminliyi, nəzmə riayət etmək, bəsirətin qüvvətlənməsi, atəşdən xilas olmaq. b) İctimai təsirlər: İctimai nəzmin yaranması, şərafət, izzət və əzəmət mənbəyi olması və Allahdan qorxduğu üçün ictimai fəsadlardan çəkinmək. /Deyerler.org/ Oxşar xəbərlər
|