Əsas odur ki, qəlbin təmiz olsun... Təmiz qəlb nədir?
Müəllif: Admin
Tarix: 12-07-2021, 23:24
Əsas odur ki, qəlbin təmiz olsun... Təmiz qəlb nədir?
Lüğətdə qəlb sözünün mənaları müxtəlifdir. Bu mənalardan biri insan bədənində yerləşən mühüm üzv olan ürəkdir. Bu ürəyin vəzifəsi – bədənin hər bir nöqtəsinə qan ötürməkdir.

Müqəddəs Quranın nəzərinə görə qəlb – o həqiqətdir ki, sinədə yerləşən ürəkdən fərqlənir.

Bu qəlb – dərin bir dənizə bənzəyir və hər kim bu dənizə daxil olarsa, onun nə qədər dərin olmasından agah olmaz. Əslində qəlbin həqiqəti – məhz bu dənizdir.

Bəs sağlam, təmiz qəlb dedikdə, nə nəzərdə tutulur?

Sağlam qəlb – o qəlbdir ki, şühud yolu ilə yəqinliyə çatar. Qurani-Kərimdə sağlam qəlbə aid iki ayə mövcuddur. Bu ayələr buyurur ki, sağlam qəlb – o qəlbdır ki, şəkk və şirkdən uzaq olar.

İmam Sadiq (ə) buyurur: “Sağlam qəlb – o qəlbdir ki, Allahla o halda görüşər ki, Ondan qeyrisi orada olmaz”.

Bəli, sağlam qəlb – o qəlbdir ki, Allahın məkanı olar. Ondan qeyrisi ora daxil ola bilməz. Əgər daxil olarsa da, tez bir zamanda oradan qovular.

Bilmək lazımdır ki, Qiyamət günü insanın ən mühüm müdafiə vasitəsi – sağlam qəlb olacaqdır.

O qəlb ki, rəzil sifətlərlə doludur, Allah o cür qəlbə daxil olmaz. Ona görə də həqiqi mömin – o kəsdir ki, sağlam qəlbə malik olar.

Özünü rəzil sifətlərdən qoruyar və fəzilətli sifətlərinin sayını artırar. Onun qəlbi şeytana (lən) qarşı tamamilə bağlı olar.

Allah Təala qəlblərimizi həqiqətən təmiz qərar versin!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031