Haram qidanın təsiri
Müəllif: Admin
Tarix: 6-07-2021, 23:08
Haram qidanın təsiri
Məşhur tarixçi Məsudi “Murucuz-zəhəb” kitabında Fəzl ibn Rəbidən belə nəql edir:

“Günlərin bir günü Abbasi xəlifəsi Mehdi Abbasi Şərik (və ya Şüreyk) ibn Abdullahı hüzuruna gətirib ona deyir: Bu üç işdən birini görməlisən.

Şərik:

–Bu işlər hansılardır? – deyə soruşur.

Xəlifə:

–Ya mənim tərəfimdən qazi olmalısan, ya övladlarımın müəllimi olmalısan, ya da (bizimlə əyləşib) yemək yeməlisən.

Şərik bir az düşünüb qərar verir ki, üçüncüsü daha asandır.

Xəlifə Mehdi aşpaza dadlı, yağlı və ləzzətli yeməklər hazırlamağı əmr edir.

Şərik bu dadlı (təbii ki, haram) yeməklərdən yeyəndən sonra öz evinə qayıdır.

Aşpaz da üzünü xəlifəyə tutub deyir:

–Bu qoca bu yeməkləri yeyəndən sonra bir daha nicat üzü görməyəcək.

Fəzl ibn Rəbi nəql edir ki, elə aşpaz deyən kimi də oldu. Şərik ibn Abdullah bu hadisədən sonra xəlifənin övladlarına həm müəllimlik etməyə başladı, həm də sonradan onlar tərəfindən qazilik vəzifəsini də qəbul etdi. (“Səfinətul-bihar”, kitabından nəqlən, “şirk” sözü; “Murucuz-zəhəb”, c.3, səh.310.)


Maide.az
Oxşar xəbərlər
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031