Sehr, tilsim, cadu varmı? Bunları öyrənmək, bunlarla pul qazanmaq olarmı?
Mьəllif: Admin
Tarix: 6-07-2021, 23:02
Sehr, tilsim, cadu varmı? Bunları öyrənmək, bunlarla pul qazanmaq olarmı?
Mübarək İslam dininin tilsim mövzusuna nəzəri necədir?

Müqəddəs Quran təsdiq edir ki, tilsim hətta ailə bağlarını dağıtmağa qadirdir.

Tilsim edən insanlar isə adətən həsədlərinə görə bu işi görürlər.

“Kitab əhlinin çoxu həqiqət (İslamın haqq olması) onlara aydın olduqdan sonra vücudlarından qaynaqlanan paxıllıq üzündən sizi imanınızdan sonra küfrə qaytarmaq istəyirlər.

Buna görə də Allahın əmri gələnə kimi (hələlik onlarla vuruşmaqdan vaz) keçin və (onları) məzəmmət etməyin. Həqiqətən, Allah hər şeyə qadirdir”. (“Bəqərə” 109).

Lakin cəmiyyətdə bu mövzudan sui-istifadə edən şəxslərin sayı artmışdır və bunlar, insanları aldatmaq və fırıldaqla məşğuldurlar.

Ancaq bunu dəqiq bilmək lazımdır ki, bəzən sehr və cadu xəyal qüvvəsinin məhsulu olur, əslində reallıqdan tam uzaq bir şey kimi. Yəni, həmin şəxsin özünü tilsimlənmiş sayır, halbuki, bunu özünə təlqin etmişdir.

İslam təlimlərində oxuyuruq ki, hər şey Allahın əlindədir və Onun icazəsi olmadan heç bir iş baş verməz. Bəs niyə belə hadisələr baş verir?

Müqəddəs Quran buyurur ki, Allahın izni olmadan heç kəs ziyan görməz. Bəs Allahın icazəsi deyildikdə, nə nəzərdə tutulur?

Aləmlərin padşahı Allahdır və bütün qüdrətlər Onun əlindədir. Hətta atəşin yandırması və ya qılıncın kəsməsi belə, Onun icazəsi ilə baş verər.

Allah Təala Öz qüdrəti əsasında insanlara elə qüvvə vermişdir ki, onların vasitəsilə qeyri-adi işlər görə bilirlər. Ancaq bəzi insanlar bu qüvvədən sui-istifadə edir, nalayiq işlərə əl atırlar. Bir dəstə sehr edirsə, o biri dəstə bu sehrin təsirini aradan aparır.

Bu mövzu bıçağın misalı kimidir. Hər kim bıçağı nəyinsə üzərinə çəkərsə, həmin şey kəsilər. Sehr də bıçaq kimidir. Əgər onu istifadə etsələr, o zaman təsir edər. Yəni, ailə münasibətlərinə ziyan vurmaq üçün istifadə olunarsa, bıçaq kimi nəticələr verər.

Dinimiz sehrlə məşğul olmağı haram buyurmuşdur. Ancaq bir dəstəyə icazə vermişdir ki, sehri aradan qaldırmaq üçün bu sahəni öyrənsin.

İmam Əlinin (ə) buyuruşuna görə, sehr edən insan kafir hökmündədir.

Həmçinin bu sahədə pul qazanmaq haramdır.

Bunu qeyd etməliyik ki, Quran ayələrində və hədislərimizdə sehri aradan qaldırmağın yolları bəyan edilmişdir.

Uca Allah buyurur: “(Ya Peyğəmbər!) De: «Pənah aparıram sübhün Rəbbinə, (bulaqların və bitkilərin çıxması ilə yarılan yerin, övladların doğulması ilə əmələ gələn qohumluq əlaqələrinin və ölülərin dirilməsi üçün yarılan qəbirlərin Rəbbinə)!

Yaratdıqlarının şərindən (şər sahib olan – şeytanlar, xəbis cinlər və maddi şərlərdən).

Və (zülmətə) bürünməkdə olan qaranlıq gecənin şərindən və hücum edən hər hansı bir şər mövcudun şərindən.

Və düyünlərə üfürən (cadugər) qadınların şərindən.

Və paxıllıq etdiyi zaman paxılın şərindən»”. (“Fələq” surəsi)

Hər kim “Nas” və “Fələq” surələrini çoxlu oxuyarsa, sehrdən amanda qalar.

Həmçinin “Ayətul-kursi”ni oxuyaraq, sehrdən amanda qalmaq olar.

Beləliklə deyə bilərik ki, sehr və cadu həqiqətdir və o cümlədən, ailəni dağıtmaq gücünə də malikdir. Ona görə də din alimlərinin bu mövzu ilə bağlı tövsiyələrinə qulaq asaq və hədislərdə bizə tanıdılan yollarla tilsimi, sehri və cadunu asanlıqla məhv edək.

“(Yəhudilər) Süleymanın zamanında şeytanların (özlərinin tərtib etdikləri cadu kitabından) oxuduqlarına tabe oldular.

Süleyman kafir olmadı (həmin dövrdə küfrə səbəb olan və ya küfr hesab olunan sehr günahına batmadı), lakin şeytanlar camaata sehr öyrətməklə və həmçinin Babil diyarına nazil olmuş iki mələyə - Harut və Maruta nazil olanla (onlara tabe olmaqla) kafir oldular.

Halbuki o ikisi «biz yalnız imtahan vasitəsiyik (və sehri sənə yalnız sehrbazlarla mübarizə və onların sehrini batil etmək üçün öyrədirik)» deməkdən başqa heç kəsə (bir şey) öyrətmirdilər. Odur ki, amandır, küfr etmə (və sehri qadağan olunmuş yerlərdə istifadə etmə)!».

Lakin onlar o iki mələkdən vasitəsilə ərlə arvad arasında ayrılıq saldıqları şey öyrənirdilər, halbuki Allahın (əzəli) izni olmadan kiməsə zərər vurmaq qüdrətinə malik deyildilər. Və onlar daim özlərinə zərər vuran və faydası olmayan şeylər öyrənirdilər.

Həqiqətən, (yəhudi tayfası) belə bir əməli satın alanın axirətdə bir nəsibinin olmayacağının qətiliyini bilirdilər. Özlərini satdıqları şey olduqca pisdir, əgər bilsəydilər!”. (“Bəqərə” 102).



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930