“Cənnətdən enin” ayəsinin izahı
Müəllif: Admin
Tarix: 5-07-2021, 23:20
“Cənnətdən enin” ayəsinin izahı

“Biz dedik: “Hamınız oradan çıxın!”

وَقُلْنَا اهْبِطُوا - Bu ayələrdə “çıxın” deyə tərcümə olunan ٱهْبِطُوا۟ (ihbitu) sözü tərcümə Quranlarda “enin”, deyə tərcümə olu¬nub. Bu da göydən yerə enmək kimi başa düşülür.

ٱهْبِطُوا۟ (ihbitu) sözü Qurani-Kərimdə 8 dəfə işləmiş və hamısında da göydən yerə enmək deyil, dünya həyatında bir yerdən başqa bir yerə keçid mənasında işlənmişdir.

Məsələn, Allah Bəni- İsrailə “ihbitu misra” – “şəhə¬rə gedin” , - deyə göstəriş verdiyi ayədə hər hansı planetdən düşmək yox, bir şəhərə girmək, daxil olmaq mənası nəzərdə tutulmuşdur.

Bir ayədə Allah Nuha “ihbit bi-sələm” – “sa¬la¬mat¬çılıqla en” , – deyir. Nuhun (ə) gəmisi səmada deyil, bu dün¬yada idi.

Deməli, “ihbitu” ifadəsi başqa planetdən enmək – keçid etmək üçün yox, elə bu dünyada bir yerdən başqa bir yerə keçmək mənalarında işlədilmişdir.

Həzrət Adəm də (ə) bu dünyada idi. Həzrət Adəm və Həvva Allahın onlar üçün Yer kürəsində seçib və xüsusi nemətlərlə bəzədiyi yerdən xaric edildilər.

Yəni o mə¬kandan, o yerdən başqa bir yerə keçdilər. Bu enmə həm də məqam baxımından enməyə işarədir. İnsan nafilə namazı və digər müstəhəbb əməllərlə daha ali məqama yetişə bilər, əks təqdirdə, günah qazanmır, əksinə o ali məqamdan məh¬rum olur. Həzrət Adəmin (ə) əhvalatında da məsələ belədir.

“Əraf” və “Bəqərə” surəsindəki ayələrə bəziləri özləridən müəyyən söz¬lər artırırlar. Hər iki surədə Allah buyurur: “Bir-birinizə düşmən olaraq enin”.

Bəziləri bu ayələri təhrif edərək belə yazırlar:“Bir-birinizə düşmən olaraq (Cənnətdən yerə) enin”.

Onlar tərcümələrində “Cənnət” və “yer” sözünü buraya əlavə edirlər. Halbuki, ayənin ərəbcə orijinalında nə yer, nə də Cənnət sözü mövcud deyil.

Bütün Peyğəmbərlər məsumdur kitabından (ixtisarla)

İlahiyyatçı, yazar Mahir Şəkərov

Ahlibeyt.ge



Oxşar xəbərlər
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031