İnsanlar arasında mövcud olan 3 cür rabitə
Mьəllif: Admin
Tarix: 5-07-2021, 16:27
İnsanlar arasında mövcud olan 3 cür rabitə
Uca Allah insanlıq üçün kamil bir qanun təyin etmişdir ki, bu da Qurani-Kərimdir.

Müqəddəs Quran nə deyir və nəyə göstəriş verirsə, hamısı insanın kamala çatması üçündür. Hər kim bu həqiqəti dərk edərsə, özünü Qurana yaxınlaşdırar və Quran sayəsində tərəqqi edər.

Biz insanlar başqa insanlarla üç cür rabitə qururuq:

- Mümkündür ki, insanlıqda onunla şərik olaq və aramızda rabitə də mövcud olsun.

- Mümkündür ki, onlarla ancaq insan olmaqda şərik olaq və rabitəmiz olmasın.

- Mümkündür ki, insanlıqda şərik olaq və aramızda qohumluq rabitəsi mövcud olsun.

Qurani-Kərimin bu üç dəstə rabitə haqqında ümumi qanunları vardır. Əgər insanlar bu qanunlara əməl etsəydilər, onda nə müharibələr olardı, nə münaqişələr və nə də dava-dalaş.

Qurani-Kərimdə buyurulur: “Şübhəsiz, Allah (fərdi, ailəvi və ictimai) ədaləti, yaxşılıq etməyi və qohumun (özününkülərin və Peyğəmbərin (s) Məsum qohumlarının (ə)) haqlarını əda etməyi əmr edir və çox çirkin günahlardan, xoşagəlməz əməllərdən, zülm və həddi aşmaqdan çəkindirir. Sizə öyüd verir ki, bəlkə ibrət götürdünüz”. (“Nəhl” 90).

Uca Allah buyurur ki, insanlarla ədalətli və mehribancasına rəftar edin. Yaxşılıq etməyi unutmayın. Qohumluq haqqını verin.

“Həqiqətən bu Quran (insan cəmiyyətini) ən möhkəm və sabit yola və dinə hidayət edir və həmişə yaxşı işlər görən möminlərə, onlar üçün (dünyada və axirətdə) böyük bir mükafat olması müjdəsini verir”. (“İsra” 9).

“Və axirətə iman gətirməyənlər üçün isə ağrılı bir əzab hazırlamağımızı!”. (“İsra” 10).

Bu ayələri iki cür təfsir edə bilərik:

1. İmanlı insanlara müjdə verir ki, Qiyamət günü imanı olmayanlara ağrılı əzab verəcəkdir.

2. Allah imanlı insanlara müjdə verməklə yanaşı, imansız insanları ağrılı əzab ilə xəbərdarlıq etmişdir.

Hər bir halda Quran ayələri buyurur ki, möminlər behişt müjdəsi alacaq, günahkarlar isə cəhənnəmdə cəzalanacaqlar.

İmam Sadiq (ə) buyurur: “Quran, insanları İmama (ə) tərəf dəvət edir”.

Bildiyimiz kimi, “Səqəleyn” hədisinə əsasən Quran İmamlardan (ə), İmamlar (ə) isə Qurandan ayrılmazdılar. O ikisi bir yerdə olan zaman kamil İslam dini meydana çıxır. Əgər biri olmazsa, din kamil olmaz, müsəlman da kamala çatmaz.

Beləliklə deyə bilərik ki, insanı kamala çatdıran qanun – Quran və İtrətdir. Hər kim bu qanunlara əməl edərsə, təkamül edər və kamala çatar.

Allah Təala bizlərə bu qanunlara əməl etməyə tofiqat versin!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031