Qəlbin pasını təmizləyər, şeytanın (lən) kökünü kəsər, ruzi çatdırar, əzabdan aman verər
Müəllif: Admin
Tarix: 30-06-2021, 18:50
Qəlbin pasını təmizləyər, şeytanın (lən) kökünü kəsər, ruzi çatdırar, əzabdan aman verər
Tövbə kimi istiğfarın da təsirləri vardır.

Onlarla tanış olaq:

1. Günahların bağışlanması üçün zəminə hazırlamaq. İmam Rza (ə) buyurur: “İstiğfarın misalı – ağacda hərəkət edən yarpağın misalıdır ki, yerə tökülər”.

Yəni, istiğfar günahları yarpaq kimi tökər.

2. Ən üstün ibadətdir. İmam Rza (ə) buyurur: “İstiğfar – ən üstün ibadətdir”.

3. Ən üstün duadır. Həzrət Peyğəmbər (s) buyurur: “Ən üstün dua – istiğfardır”.

4. Əməl dəftərinin nurani olması. İmam Sadiq (ə) buyurur: “Nə zaman bəndə çoxlu istiğfar edərsə, əməl dəftəri yuxarı qalxar, o halda ki, parıldayar”.

5. Qüdrətin artmasına səbəb olar.

6. Yağışın yağması üçün zəminə hazır edər. «Və ey mənim qövmüm, Rəbbinizdən bağışlanmaq diləyin, sonra Ona tərəf qayıdın (tövbə edin) ki, sizə bollu bulud və yağış göndərsin, sizin (cismani və maddi) gücünüzə bir güc də artırsın və (Ondan) günahkar kimi üz çevirməyin». (“Hud” 52).

7. Dünya imkanlarından bəhrələnmək üçün vasitə olar. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim istiğfar edər – Allah onun üçün hər qəmdən genişlik verər və ona gözləmədiyi yerdən ruzi endirər”.

8. İlahi sevgiyə səbəb olar. «Və Rəbbinizdən (keçmiş əməllərinizə görə) bağışlanmaq diləyin, sonra (saleh əməllərlə) Ona tərəf qayıdın. Həqiqətən mənim Rəbbim mehriban və (tövbəkar bəndələrini) sevəndir». (“Hud” 90).

9. İlahi əzabdan nicat tapar. İmam Əli (ə) buyurur: “Yer üzərində İlahi əzabdan amanda olmaq üçün iki vasitə vardır və onlardan biri əldən getmişdir. İndi ikincisinə söykənin. İlk aman – Peyğəmbərdir (s) və ikinci aman – istiğfardır”.

10. Nicat yoludur. İmam Əli (ə) buyurur: “O kəs təəccüblüdür ki, nicat onunladır”. Soruşurlar ki, nicat nədir? Buyurur: “İstiğfar”.

11. Şeytanın (lən) köklərini kəsər. Həzrət Peyğəmbər (s) buyurur: “İstiğfar və Allahdan bağışlanma istəmək – şeytanın kökünü kəsər”.

12. Qəlbi cilalayar. Həzrət Peyğəmbər (s) buyurur: “Qəlblərin mis kimi pası vardır və gərək istiğfar ilə cilalayasan”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031