Ayətullah Xamenei 5100-dən çox məhbusu əfv etdi
![]() Maide.Az “Leader.ir” saytına istinadən xəbər verir ki, əfv olunanlar siyasi və mülki məhbuslar, həmçinin hərbi cinayətlərə görə həbs edilmiş şəxslərdir. İranın Məhkəmə Sisteminin rəhbəri İbrahim Rəisi İmam Rzanın (ə) mövludu və Məhkəmə Sistemi işçiləri həftəsi ilə əlaqədar olaraq, Ayətullah Xameneiyə məktubla müraciət edib. Məktubda 5156 məhbusun əfv edilməsi, cəzalarının yüngülləşdirilməsi və ya azaldılması xahiş olunub. Ali Rəhbər həmin məhbusların əfv olunması barədə fərman imzalayıb. Oxşar xəbərlər
|