Səğirə günahlar hansılardır?
![]() Ancaq hansı günahların səğirə olması haqqında məlumatımız azdır. Bu günahların bəzisi ilə tanış olaq və onlardan çəkinməyə çalışaq. - İnsana və ya heyvana lənət oxumaq. - Cümə xütbəsi zamanı danışmaq. - Fasiq insanlarla oturub-durmaq. - Müsəlmanın qeybətini eşitmək və onun qarşısında susmaq. - Naməhrəmə baxmaq. - Naməhrəm qadınla tək əyləşmək. - Gülməkdə və zarafat etməkdə ifrat etmək. - Məscidə nəcasət daxil etmək. - Qadağan olmuş günlərdə oruc tutmaq. - Söyüş söymək. - Batili və zalımı müdafiə etmək. - Satdığın malın eyibini örtmək. - Kiməsə söz verən zaman vəfasızlıq edəcəyini iradə etmək. - Zəkatı və həcci təxirə salmaq. - Baha satmaq üçün, insanların ehtiyacı olan əşyaların ölkəyə daxil edilməsinin qarşısını almaq. - Din qardaşı ilə üç gündən çox danışmamaq. - Tədqiq etmədən dava etmək. - Zəkatı xarab maldan vermək. - Başqalarına həsəd aparmaq. - Müsəlmana qarşı bədgüman olmaq. - Başqasının sirrini ifşa etmək. - Nəcasət və pisliyi insanların yoluna tökmək. - İnsanların razı olmadığı şəxsi imam təyin etmək. - Məkruh zamanda namaz qılmaq. - Təkəbbürlə yol getmək. Uca Allah bizləri günahlardan qorunanlardan və həqiqi iman əhlindən qərar versin! /Deyerler.org/ Oxşar xəbərlər
|