Tövbənin fərdi və ictimai təsirləri hansıdır?
Mьəllif: Admin
Tarix: 19-06-2021, 23:59
Tövbənin fərdi və ictimai təsirləri hansıdır?
İslam dini tövbəyə xüsusi əhəmiyyət verən bir dindir. Quran insanları tövbə etməyə dəvət edir. “Ey möminlər, hamınız (bütün cəhətlərdə) Allaha tərəf qayıdın ki, bəlkə nicat tapdınız”. (“Nur” 31).

Hər kim tövbəsini təxirə salarsa, bu zaman sonradan tövbə etmək ona çətin gələr. Ona görə də insan günah edən kimi, dərhal tövbə etməlidir.

Tövbənin fərdi və ictimai təsirləri vardır ki, onlarla tanış olaq:

Tövbənin fərdi təsirləri:

1. Allah yanında məhbub olmaq. İmam Sadiq (ə) buyurur: “Allah Təala mömin bəndəsinin tövbəsinə görə şad olar. Nə zaman (mömin bəndəsi) tövbə edərsə, sizlərdən hər kim itirdiyini tapan zaman necə sevinərsə, o cür şad olar”.

2. Günahların bağışlanması. İmam Sadiq (ə) buyurur: “O zaman ki, bəndə günah edər, onun səhərdən axşama qədər möhləti vardır. Əgər bağışlanma istəyərsə, onun üçün (günah) yazılmaz”.

3. Mələklər onun üçün dua edər. Əgər mömin bəndə tövbə edərsə, həm mələklər və həm də ərşi həml edənlər onun üçün bağışlanma istəyərlər.

4. Bu, nicat yoludur. “Ey möminlər, hamınız (bütün cəhətlərdə) Allaha tərəf qayıdın ki, bəlkə nicat tapdınız”. (“Nur” 31). Uca Allah buyurur ki, əgər tövbə etsəniz, bu, sizin üçün nicat olar.

5. Nəfsi pak olar. İmam Sadiq (ə) buyurur: “Allah rəhmət etsin o kəsə ki, ölməzdən əvvəl Allaha tərəf qayıdar və tövbə edər. Tövbə, xata çirkinliklərini pak edən və həlakət uçurumundan nicat verəndir”.

6. Günahı həsənəyə çevrilər. Tövbə nəinki günahın üzərini örtər, bəzi hallarda bunu insan üçün həsənəyə çevrilər.

7. Ümid ruhunu qoruyar. “De: “Ey Mənim (günah vasitəsi ilə) özlərinə zülm etməkdə həddi aşan bəndələrim, Allahın mərhəmətindən ümidinizi kəsməyin. Şübhəsiz, Allah (tövbə ilə) bütün günahları (hətta şirki) bağışlayır. Çünki bağışlayan və mehriban Odur!””. (“Zumər” 53).

Tövbənin ictimai təsirləri.

1. Günahın gizli qalması. Günahkar insan həmişə qorxar ki, onun bu işindən başqaları xəbər tutacaq və onu məzəmmət edəcəklər. Ancaq tövbə bu qorxunu aradan qaldırar və günahın üzərini örtər ki, heç kəs görməsin.

Həzrət Peyğəmbər (s) buyurur: “Tövbə, özündən əvvəlki dövrü örtər və gizli saxlayar”.

2. Rəhmət nazil olar. İmam Əli (ə) buyurur: “Tövbə, rəhmətin nazil olmasına səbəb olar”.

3. İctimai bağlılıq. Tövbənin ictimai təsirlərindən biri də insanlar arasında bağlılığın yaranmasıdır. Qurani-Kərim buyurur: “Beləliklə, əgər tövbə etsələr, namaz qılsalar və zəkat versələr, onlar sizin din qardaşlarınız olacaqlar. Biz öz ayə və nişanələrimizi bilən dəstə üçün ətraflı surətdə izah edirik”. (“Tövbə”11).

4. Gücü artırar. “Və dedim ki; «Öz Rəbbinizdən bağışlanmaq diləyin. Çünki O, çox bağışlayandır». «Göydən (buluddan) sizə bol yağış göndərsin».

«Və sizə mal-dövlət və oğullar (əta etməklə) yardım etsin, sizin üçün bağlar yaratsın və sizin üçün çaylar axıtsın». (“Nuh” 10-12).

5. Etimad qazanmaq. “(Ey İslam hakimləri) sizlərdən həmin əməli (zinanı) etmiş hər iki nəfəri (arvadı olmayan kişi ilə əri olmayan qadını iİahi cəza növünün icrası ilə) incidin. Əgər (cinayətlərinin qazının yanında sübut olunmasından qabaq) tövbə etsələr və (özlərini) düzəltsələr, onlardan vaz keçin. Həqiqətən, Allah həmişə tövbələri qəbul edən və mehribandır”. (“Nisa” 16).

6. Əmin-amanlığa malik olmaq. «Və öz Rəbbinizdən bağışlanmaq istəyəsiniz, sonra (tövbə edərək) Ona tərəf qayıdasınız ki, sizi müəyyən müddətədək (dünya həyatının) gözəl bəhrələrindən bəhrələndirsin və hər bir fəzilət sahibinə öz dəyərini (hər bir kamal sahibinə kamalına uyğun olaraq onun dünya və axirət kamilliklərinin mükafatını) əta etsin. Və əgər üz döndərsəniz, şübhəsiz, mən sizin üçün böyük günün əzabından qorxuram». (“Hud” 3).

Beləliklə deyə bilərik ki, tövbə – İlahi fitrətə qayıtmaq və Allahın rəhmət qapılarından biridir ki, insana həm fərdi və həm də ictimai faydalar çatdırar.

Allah cəmi bəndələrinə tövbə tofiqatı nazil etsin!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930