Həzrət Peyğəmbərin (s) rəğbət bəslədiyi məclislər
![]() Həzrət (s) məhz elmi məclisi seçir və buyurur: “Məclisin hər ikisi də yaxşıdır. Birində Allahı çağırarlar və o birisində isə dini əhkam öyrənirlər, agah olmayanlara öyrədirlər. Bu məclisin üstünlüyü vardır. Mən təlim üçün göndərilmişəm”. Sonra onların yanında əyləşdi. İslam dini həmişə elm və təhsilə xüsusi əhəmiyyət vermişdir. Əmirəl-möminin (ə) bu haqda buyurur: “Elm və bilik - qüdrətdir. Hər kim onu əldə edər, qələbə çalar. Hər kim onu əldə etməz, səltənətin altında qərar tutar”. Əmirəl-möminin (ə) buyurur: “Cavanlar və yeniyetmələr üçün ən yaxşı təhsil odur ki, böyüyən zaman ona ehtiyacı olsun”. Həzrət Əli (ə) buyurur: “Uşaqlıqda elm öyrənin ki, böyüyən zaman ona şərəf tapasınız”. Həzrət Əli (ə) buyurur: “Təqvalılar qulaqlarını ancaq faydalı elmə tapşırarlar”. İmam Baqir (ə) buyurur: “Elm öyrənən zaman bir-birinizi qabaqlayın. Allaha and olsun ki, düzgün insandan halal və haram haqqında öyrəndiyiniz hədis dünyadan, onun qızıl və gümüşündən daha yaxşıdır”. Həzrət Peyğəmbər (s) buyurur: “Faydalı elm ibarətdir: 1. Etiqadi məsələlər. 2. Əxlaq elmini öyrənmək. 3. Əhkam elmini öyrənmək, halalı və haramı”. Məsumlar (ə) həmişə bizə tövsiyə edir ki, faydalı olan elmləri öyrənək. Yəni, o elm ki, bizə və cəmiyyətə fayda versin. Axirətimiz üçün faydalı olsun. Faydalı elmlərə Allahşünaslıq, günahşünaslıq, insanşünaslıq da daxildir. Tibb elmi. İmam Əli (ə) buyurur: “Elm üç cürdür: fiqh və əhkam elmi - din üçün, tibb elmi - bədən üçün, ədəbiyyat elmi - dili qorumaq üçün”. Riyaziyyat elmi. İmam Əli (ə) buyurur: “Hər kim riyaziyyat və nücum elmini öyrənməz, mərifəti axsamış deməkdir”. Siyasət. İmam Əli (ə) buyurur: “O kəs ki, zamanını tanıyar, onun hadisələri ilə qarşılşan zaman qafil (olmaz). Onunla qarşılaşmaq üçün hazırlıq əldə edər”. İmam Sadiq (ə) buyurur: “O kəs ki, zamanını tanıyar, büdrəmələr və səhvlər ona hücum etməz”. Dini elm. Həzrət Peyğəmbər (s) buyurur: “Bizim davamçılarımızdan hər kim bizim elmimizə bilikli olar, cahili hidayət edər, dinimizi ona öyrədər - behiştdə bizimlə bir yerdə olar”. Həzrət Peyğəmbər (s) buyurur: “Qızın atası üzərində olan haqqı odur ki, “Nur” surəsini ona öyrətsin”. Sənət öyrənmək. İmam Əli (ə) buyurur: “İffəti nəfslə bir yerdə sənətlə məşğul olmaq, napak olan sərvətdən daha yaxşıdır”. Oxşar xəbərlər
|
|