Bu 3 amil insanın qəlbini sərtləşdirər
![]() Bəli, insan qəlbi də daş kimi bərkiyə bilir. Bəs onun bərkiməsinə hansı amillər təsir edir? Həzrət Peyğəmbər (s) buyurur: “Üç şey qəlbi sərtləşdirər: yersiz söz eşitmək, ov etmək, əmirin sarayına gedib-gəlmək”. O kəsin ki, peşəsi heyvanları öldürmək olar, zaman keçdikcə qəlbində rəhm hissi azalar və yerini qəddarlıq və qəsavət alar. Həmçinin o kəs ki, davamlı olaraq əmirin sarayına gedib-gələr öz gözləri ilə insanlara necə zülm edildiyini görər. Lakin zaman keçdikcə bu hiss onda adi hala keçər və artıq bu kimi əməllər ona təsir etməz. İmam Sadiq (ə) buyurur: “Allah Musaya vəhy edir: “Ey Musa! Çoxlu mala görə sevinmə, hər bir halda Allahı yada salmaqdan əl çəkmə. Çünki, çoxlu mal günahları insana unutdurar və Məni yada salmağı tərk etmək qəlbləri sərt edər””. O kəslər ki, nalayiq sərvət içindədirlər – özlərini heç bir zaman günahkar hiss etmirlər. Həmçinin Allahı unudan zalımlar kimi insanların haqqını basır və hətta bu zaman onların üzünə belə gülürlər. Çünki qəlbləri daşlaşmışdır. İmam Əli (ə) buyurur: “Göz yaşları qurumaz, məgər qəlbin sərtləşməsinə görə. Qəlblər sərtləşməz, məgər günahın çoxluğuna görə”. Həmçinin hədislərdə oxuyuruq ki, uzun arzular da qəlbin daşlaşmasına səbəb olar. /Deyerler.org/ Oxşar xəbərlər
|