Əhli-beyti (ə) xatirələrdə yaşadanların xoş halına!
Mьəllif: Admin
Tarix: 7-06-2021, 10:24
Əhli-beyti (ə) xatirələrdə yaşadanların xoş halına!
İmam Sadiq (ə) Davud ibn Sərhana belə buyurmuşdur:


يا داوُدُ، أبلِغ مُوالِيَّ عَنِّي السَّلامَ، وأنّي أقولُ: رَحِمَ اللّهُ عَبدًا اِجتَمَعَ مَعَ آخَرَ فَتَذاكَرا أمرَنا، فَإِنَّ ثالِثَهُما مَلَكٌ يَستَغفِرُ لَهُما. ومَا اجتَمَعَ اثنانِ عَلى ذِكرِنا إلاّ باهَى اللّهُ تَعالى بِهِمَا المَلائِكَةَ، فَإِذَا اجتَمَعتُم فَاشتَغِلوا بِالذِّكرِ، فَإِنَّ فِي اجتِماعِكُم ومُذاكَرَتِكُم إحياءَنا. وخَيرُ النّاسِ مِن بَعدِنا مَن ذاكَرَ بِأَمرِنا ودَعا إلى ذِكرِنا.

“Ey Davud, salamımı dostlarıma çatdır və mənim tərəfimdən onlara de ki, başqası (dindaşı) ilə bir yerə toplaşıb, bizi yad edən bəndəyə Allah mərhəmət etsin! Çünki (bu vaxt) onlara qoşulan üçüncü şəxs o iki nəfər üçün məğfirət diləyən mələk olacaq.

Bizi yad etmək üçün bir yerə toplaşan iki nəfərlə belə, Allah-Taala mələklərinə fəxr edər. Bəs, bir yerə yığışdıqda, zikrlə məşğul olun (bizi yad edin) ki, bu yığıncağınız və müzakirələriniz bizim xatirəmizi diri saxlayır.

Bizdən sonra insanların ən yaxşısı o kəsdir ki, göstərişlərimizi müzakirə etsin, adımız və yadımızı xatirələrdə yaşatsın.” (“Əmali”, Şeyx Tusi, səh.224, hədis 390.)
Maide.az
Oxşar xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031