İnsana bədbəxtlikdən nicat verən 3 şah yol
Mьəllif: Admin
Tarix: 15-04-2024, 10:30
İnsana bədbəxtlikdən nicat verən 3 şah yol
Qurani-Kərimin məntiqində həyatda məğlub olmaq və bədbəxt olmaq – zülmətə, xoşbəxtlik və müvəffəqiyyət isə nura bənzədilmişdir. Və 3 amil vardır ki, insanı zülmətdən nura tərəf apara bilər.

Bu amillər hansılardır?

1. Uca Allahın Özü. “Allah iman gətirənlərin dostu və başçısıdır. Onları (nadanlıq, küfr və itaətsizliklik) qaranlıqlar(ın)dan (elm, iman və təqva) nur(un)a tərəf çıxarır”. (“Bəqərə” 257).

2. İslam Peyğəmbərinin (s) mübarək vücudu. “Sizi (şirk, küfr və itaətsizlik) qaranlıqlar(ın)dan (hidayət) nur(un)a tərəf çıxarmaq üçün həmişə Öz bəndəsinə (Muhəmmədə (s) ) ayə və aydın dəlillər nazil edən Odur. Həqiqətən Allah sizə şəfqətli və mehribandır”. (“Hədid” 9).

3. Qurani-Kərim. “Allah (iman gətirib) Onun razılığına tabe olanları o (nur və Kitabın) vasitəsilə (üsulid-din və füruid-dinin yolu olan) salamatlıq yollarına hidayət edir, onları Öz köməyi ilə qaranlıqlardan (küfr, nifaq və itaətsizlik zülmətlərindən) nura tərəf çıxardır və doğru yola hidayət edir”. (“Maidə” 16).

Qurani-Kərimin məntiqinə görə, müvəffəqiyyət və nur ancaq Allah Təalanın buyuruşlarına diqqət edərək, Peyğəmbərə (s) itaət edərək və Quranın buyurduqlarına əməl edərək həyata keçər. Əks halda müvəffəqiyyət qazanılsa da, ömrü az olar və tez bir zamanda insanı tərk edər. Ona görə də bu üç amildən möhkəm yapışaq.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31