Ayətullah Xamenei: Onlar nə Quranı tanımış, nə də onu oxumuşlar
Mьəllif: admin1
Tarix: 16-04-2021, 22:45
Ayətullah Xamenei: Onlar nə Quranı tanımış, nə də onu oxumuşlar
Quran və İslamı şəxsi və ibadi məsələlərlə məhdudlaşdıranlar Quranı tanımamış və onu oxumamışlar.

Maide.Az xəbər verir ki, bunu Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei bu gün keçirilən Quranla üns məclisindəki çıxışında bildirib.

“Quran və İslamı yalnız fərdi həyat tərzi və ibadi məsələlərlə məhdudlaşdıranlar insanları cəmiyyətdən təcrid edirlər.

Asket həyat tərzini önə çəkən bu düşüncə cəmiyyətə daxil olan insanın Quranı bir kənara qoymasına gətirib çıxarır. Bu cür düşünənlər insafən Quranla tanış deyillər. Onlar nə Quranı tanımış, nə də onu oxumuşlar."

Ali Rəhbər bildirib ki, Quran özünü siyasi və ictimai problemlərdən heç vaxt kənarda görmür.

“Tağutlar, hegemonlar, israfçılar və zülmkarlarla mübarizədən çəkinmir. Həmişə onların qarşısında durur. Bu səbəbdən Quran insanların hər birinin hər bir sahədə əlindən tutmağa və onu hidyaət etməyə məsuldur.

Biz Quranın bu hidayətindən haçan istifadə edə bilərik? "O, təqvalıları hidayət edir." Təqva varsa, bu hidayət, sözün həqiqi mənasında və bütövlükdə bizim olacaq."
Oxşar xəbərlər
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930