Allah yolunda mübarizə aparmağın fəzilətləri
Mьəllif: admin1
Tarix: 6-04-2021, 22:41
Allah yolunda mübarizə aparmağın fəzilətləri
Müqəddəs Quran, Allah yolunda mücahidə etməyin fəzilətlərinə işarə etmişdir ki, onlarla tanış olaq:

1. “Həqiqətən (həm) iman gətirmiş kəslər və (həm də) hicrət edərək Allah yolunda cihad etmiş kəslər Allahın rəhmətinə ümidvardırlar. Allah çox bağışlayan və mehribandır”. (“Bəqərə” 218).

2. “Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun və həddi aşmayın (döyüş zamanı şəriət və ağılın müharibə barəsindəki çərçivə və qanunlarından kənara çıxmayın, qanuni dəlil olmadan hücum etməyin, sülh müqaviləsi bağladığınız kəslərlə müharibə etməyin, zərərsiz zəifləri öldürməyin, ölülərin bədən üzvlərini kəsməyin və malları səbəbsiz tələf etməyin). Allah həddi aşanları sevmir”. (“Bəqərə” 190).

Bu ayə buyurur ki, cihad edən zaman belə həddi aşmayın.

3. “Allah yolunda (düşmənlərlə) vuruşun və bilin ki, həqiqətən Allah eşidən və biləndir”. (“Bəqərə” 244).

Bu ayə buyurur ki, o kəslər ki, Allahın, Peyğəmbərin (s) düşmənidir – onlarla vuruşun.

4. “Sizin üçün (kafirlərlə) döyüş yazıldı və qərara alındı, halbuki, (bu,) sizin xoşunuza gəlmir. Çox vaxt bir şeyi xoşlamırsınız, halbuki, o sizin üçün xeyirlidir və çox vaxt bir şeyi xoşlayırsınız, halbuki, o, sizin üçün pisdir. Allah bilir, siz isə bilmirsiniz”. (“Bəqərə” 216).

Allah buyurur ki, əgər sizə döyüş əmri verilirsə, buna sorğu-sual etmədən tabe olmalısınız, çünki Allah hər şeydən agahdır.

5. “Nə çox peyğəmbərlər ki, onlarla birlikdə çoxlu ilahi şəxsiyyətlər vuruşmuşlar. Beləliklə, onlar Allah yolunda düçar olduqları şey müqabilində süstləşərək zəifləmədilər və əyilərək təslim olmadılar. Allah səbirliləri sevir.

(Döyüşün şiddətli anlarında) onların dedikləri söz yalnız bu idi ki: «Ey Rəbbimiz! Bizim günahlarımızı və işimizdəki israfçılığımızı bağışla, qədəmlərimizi möhkəmləndir və bizə kafir dəstəyə qarşı kömək et»”. (“Ali-İmran” 146-147).

6. “Sizə nə olub ki, Allah yolunda və (o günlərdə müşriklərin hakimiyyəti altında olan Məkkə müsəlmanlarının, eləcə də bütün əsrlərdə zəmanə imperiyalarının hakimiyyəti altında olan) kişi, qadın və uşaqlardan ibarət müstəzəflərin (zəif hala salınıb həmin halda saxlanılan təbəqənin) - həmişə «ey Rəbbimiz, bizi əhalisi zalım olan bu şəhərdən kənara çıxart, bizə Öz tərəfindən bir başçı ver və bizə Öz tərəfindən bir köməkçi təyin et» deyən kəslərin (nicatı) uğrunda vuruşmursunuz?!”. (“Nisa” 75).

Bu ayədə iki hədəf təyin edilmişdir. Biri İlahi hədəfdir, biri isə insani. Zəifləri zalımların əlindən xilas etməkdir. Bu iki hədəf bir-biri ilə bağlıdır.

7. “İman gətirənlər Allah yolunda vuruşurlar. Küfr edənlər isə azğının (haqqa itaətsizlik edən tüğyançının) yolunda vuruşurlar. Buna görə də siz şeytanın köməkçiləri və dostlarına qarşı vuruşun. Şübhəsiz, şeytanın məkr və hiyləsi həmişə (Allahın tökdüyü tədbir müqabilində) zəifdir”. (“Nisa” 76).

Bu ayə buyurur ki, zalım dövlətlər zahirdə güclü görünsələr də, əslində batində çox zəlildirlər. Çünki onlar zülm etmək üçün səy göstərirlər. İmanları olmadığı üçün möhkəm dayaqları da yoxdur.

8. “Odur ki, Allah yolunda vuruş. Sən yalnız özün (öz vəzifən) üçün məsuliyyət daşıyırsan. Möminləri də (cihada) həvəsləndir. Ümid var ki, Allah kafirlərin bəla və zərərin(dən siz)i saxlasın. Allah daha artıq bəla və daha ağır cəza verəndir”. (“Nisa” 84).

Bu ayədə Allah Təala Həzrət Peyğəmbərə (s) əmr edir ki, insanları mübarizə üçün həvəsləndirsin. Əgər ona yox cavabı versələr, özü təkbaşına mübarizə aparsın.

9. “Cismində xəsarət və digər üzrü olmadan (müstəhəbbi və ya vacibi-kifayi) cihada getməyib (evdə) oturan möminlər, Allah yolunda mal və canları ilə cihad edənlərlə əsla bir deyildirlər.

Allah mal və canları ilə cihad edənləri (evdə) oturanlardan (yüksək) bir dərəcə ilə üstün etmişdir və Allah onların hər birinə (iman və əməli müqabilində) yaxşı bir mükafat vəd etmişdir. Allah cihad edənlərə (evdə) oturanlardan daha böyük mükafatla üstünlük əta etmişdir”. (“Nisa” 95).

İmanlı insanlar xəstəlik üzündən belə, mübarizədən əl çəkməyiblər. Ancaq imanı zəif olanlar sağlam olsalar, belə xəstə olduqlarını iddia edərək döyüşdən qaçıblar.

Beləliklə, deyə bilərik ki, Allah Təala bu Quran ayələrində mücahidənin nə qədər əhəmiyyətli olmasına vurğu etmişdir.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031