İntizarın təsirləri
Mьəllif: admin1
Tarix: 5-04-2021, 22:33
İntizarın təsirləri
Bəziləri dünyamiqyaslı bir xilaskarın intizarında olmağın insanları səssiz və laqeyd bir vəziyyətə sürüklədiyini, intizarda olanların böyük islahatçı qiyam etməzdən və zülmü yer üzündən qaldırmazdan öncə pisliklər və çirkinliklər müqabilində heç bir reaksiya göstərməyəcəklərini, əksinə əllərini əllərinin üstünə qoyub cinayətlərə tamaşa edəcəklərini güman edirlər.

Lakin bu düşüncə tərzi olduqca səthi, diqqət və şüurdan uzaqdır. Çünki intizarının həqiqəti, ölçü və xüsusiyyətləri haqqında verdiyimiz şərhlərə diqqət yetirdikdə, məlum olur ki, intizar ruhiyyəli insan İmam Məhdinin (ə) misilsiz məqamı və spesifik xüsusiyyətlərilə birgə, süstlük və tənbəllikdən uzaq olduğu kimi, ictimai fəaliyyəti də ərməğan gətirir.

İntizar, intizar çəkən şəxsdə müqəddəs təlatüm və hədəfli hərəkət yaradır. O, intizarın həqiqətinə nə qədər yaxınlaşsa, məqsədə çatmaqda sürətini bir o qədər də artıracaq.

İntizar işığında insan eqoizmdən və yalnız özünü düşünməkdən xilas edir, özünü İslam cəmiyyətinin bir parçası olaraq görür və cəmiyyətin islahı və doğru yolda addımlaması üçün əlindən gələni əsirgəmir.

Belə ünsürlərdən yaranan cəmiyyətdə fəzilətlər artacaq, yaxşılıqlara doğru ümumi hərəkət formalaşacaq və yaxşılıq, ədalət, ümid, ümidvarlıq, dostluq, qardaşlıq, həmkarlıq və əməkdaşlıqdan qaynaqlanan belə bir mühitdə dini prinsiplər və mehdişünaslıq etiqadının yayılmasına zəmin yaranacaq.

İntizarın bərəkətindən fəsad mühitində əriməyən, hətta dini kimliyini və etiqadi sərhədlərini qoruyan intizarçılar çətinliklər müqabilində səbri özlərinə sipər seçir və ilahi vədin gerçəkləşəcəyi ümidilə bütün bəlalara sinə gərir və bir an belə süstlük və ümidsizliyə qapılmır.

Doğrusu, hansı məktəb və təriqət öz tərəfdarlarna belə bir aşkar yol göstərmişdir? Elə bir yol ki, ilahi stimullar istiqamətində uzanır və sonda, insana çox böyük mükafatlar ərməğan gətirir. (“Negine-afərineş”, 9-cu dərs, səh. 102-115.)


Maide.az
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930