Hər bir nifrin həyata keçirmi?
Mьəllif: admin1
Tarix: 5-04-2021, 14:44
Hər bir nifrin həyata keçirmi?
Bir neçə gün əvvəl dostlarımdan birini gördüm və o, keçmiş günlərdən söz açdı. Yaxınlarının biri haqqında danışdı və dedi ki, mənim barəmdə çox haqsızlıq etmişdir. Ona görə də mən onu nifrin etmişəm.

Dedim: Bax gör, əgər müsəlmanlıq iddiasındasansa, həqiqətən müsəlmanlıq elə.

Birincisi, əməldə Əhli-Beytin (ə) davamçısı olmalısan. Başqalarının xeyirini istəməlisən. Başqalarına nifrin etməli deyilsən. Dinimiz bizdən əfv və güzəşt etməyimizi istəyir.

Həzrət Peyğəmbər (s) Allah Təaladan nəql edir ki, buyurur: “Sənə zülm edəni bağışla. Səni məhrum edənə bəxşiş et. O kəs ki, sənə pislik etmişdir – ona yaxşılıq et”.

Uca Allah Qurani-Kərimdə buyurur: “Gərək (onların acıdil və kobud olmalarını) əfv etsinlər və (təqsirlərindən) keçsinlər. Məgər Allahın sizi bağışlamasını istəmirsiniz? Allah çox bağışlayan və mehribandır”. (“Nur” 22).

Quran və hədislərin nəzərində, nifrin ancaq bu hallarda caizdir:

1. O kəs ki, həqiqətləri gizlədər.

2. O kəs ki, küfr halında dünyadan gedər.

3. Bəni-İsrayil – Həzrət Musa (ə) və Həzrət İsa (ə) tərəfindən nifrin olunmuşdur.

4. Əbu Ləhəb.

5. Sələm yeyənlər.

6. Şərab içənlər.

7. Rüşvətxorlar.

8. Qatillər.

9. O kəslər ki, özlərini qadına bənzədər.

10. Zinakarlar.



/Deyerler.org/

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930