Qurani-Kərimdə Allahın məmuru olan heyvanların misalı
Mьəllif: admin1
Tarix: 27-03-2021, 22:05
Qurani-Kərimdə Allahın məmuru olan heyvanların misalı
1. İnəyin bədənin bir parçası ölünü dirildir və o, qatilini tanıdır.

2. Hörümçək, Peyğəmbərə (s) mağarada yardım edir.

3. Qarğa, Habilin məzlumuyyət səhnəsində bəşər üçün müəllim olur.

4. Hud-hud Həzrət Süleymanın (ə) məktubunu Bilqeysə çatdırır.

5. Əbabil quşları filə minən zalım qoşununu daşqalaq edirlər.

6. Əjdaha, Musanın (ə) haqlı olmasına dəlil olur.

7. Kəhf səhabələrinin iti gözətçi olur.

8. Dörd quş İbrahimin (ə) əminliyə çatmasına yardım edir.

9. Uzunqulaq, Uzeyrin məada yəqinliyinə dəlil olur.

Bəli, heyvanlar – o cümlədən, insan üçün Allahı tanıma vasitələridir.

Eyni zamanda, heyvan – insanın imtahan vasitələridir.

Bəzi hallarda heyvan – Allahın möcüzəsidir.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31