Ah çəkmək – əslində Allahı çağırmaqdır
Mьəllif: admin1
Tarix: 27-02-2025, 14:47
Ah çəkmək – əslində Allahı çağırmaqdır
Hədisi nəql edən yazır: “İmam Sadiqlə (ə) birlikdə xəstə ziyarətinə getmişdik.

O xəstəni gördüm ki, yataqda uzanıb ah çəkir. Ona dedim: “Ey mənim qardaşım! Allahı çağır və ona yalvar”.

İmam Sadiq (ə) buyurdu: “Ah – Allah Təalanın adlarından biridir. Ona görə də o kəs ki, ah çəkər – sanki Allah Təalaya yalvarmış olar”.

Bu hədisdən belə nəticəyə gəlmək olur ki, mömin bəndə nə zaman ah çəkər – o, Allahı xatırlayar və Ondan yardım istəyər.

Ona görə də ah – işarəvi sözlərdəndir ki, xəstənin yadına Allahı salar. Xəstə bu kəlmə ilə Allahla rabitə qurar.



/Deyerler.org/
Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031