Əgər Allahın və Peyğəmbərin (s) sizi sevməsini istəyirsinizsə…
![]() Həzrət Peyğəmbər (s) buyurur: “O zaman ki, bəndələr Allah qarşısında dayanarlar, car çəkən car çəkər: “O kəsin ki, muzdu Allahladır – ayağa qalxsın və behiştə getsin”. Soruşarlar ki, kimin muzdu Allahladır? Deyər: “İnsanlara güzəşt edənin””. İmam Rza (ə) buyurur: “O kəs ki, yoxsul müsəlmanla görüşər və zənginə verdiyi salamdan qeyrisini ona verərsə, Qiyamət günü Allahla o halda görüşər ki, ona qəzəblənmişdir”. İmam Rza (ə) buyurur: “Hər kim möminin çətinliyini və qəmini aradan apararsa, Allah Qiyamət günü qəmi onun qəlbindən aradan aparar”. İmam Sadiq (ə) buyurur: “Allahın sevdiyi sədəqə ibarətdir: insanların arasını islah etmək – o zaman ki, rabitələri qaralar, onları bir-birinə yaxınlaşdırmaq – o zaman ki, bir-birindən uzaq düşərlər”. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim yetimə himayəçilik edər, o zamana qədər ki, ehtiyacsız olar – Allah bu səbəbə görə behişti ona vacib edər”. İmam Rza (ə) buyurur: “Həqiqətən ən pis insan o kəsdir ki, (insanlara) yardımını saxlayar, tək yemək yeyər və əlinin altında olanları vurar”. Həzrət Peyğəmbər (s) buyurur: “Əgər Allahın və Peyğəmbərin (s) sizi sevməsini istəyirsinizsə, sizə əmanəti tapşıran zaman onu sağlam şəkildə qaytarın. Danışan zaman düz danışın və qonşularınızla yaxşı rəftar edin”. Həzrət Peyğəmbər (s) buyurur: “Qiyamət günü Allah yanında ən ali mərtəbəli insan o kəsdir ki, yer üzərində insanların xeyirxahlığı və hidayəti üçün daha çox addım atar”. Həzrət Rəsuli-Əkrəm (s) buyurur: “Allaha və Peyğəmbərə (s) ən yaxın insan o kəsdir ki, salamı birinci verən olar”. Oxşar xəbərlər
|