Böyük alim niyə xarab göyərtini alırdı?
Mьəllif: admin1
Tarix: 8-03-2021, 23:31
Böyük alim niyə xarab göyərtini alırdı?
Mərhum Qazinin yoxsullara xüsusi inayəti barədə möminlərdən biri nəql edir: “Bir gün tərəvəz dükanına getmişdim. Mərhum Qazini orada gördüm ki, əyilmiş və kahıları bir-birindən ayırırdı.

O, yarpaqları böyük və kobud olan kahıları toplayır və sonra dükan sahibinə verirdi ki, onu tərəzidə çəksin. Sonra onları əbasının altına qoyub getməyə başladı.

Mən o zaman cavan tələbə idim və mərhum Qazi isə yaşlı bir alim idi. Mən onun ardınca getdim və dedim: “Ağacan, mənim sualım vardır. Siz niyə hamının əksinə olaraq, dəyərsiz kahıları satın aldınız?”.

Alim buyurdu: “Ağacan, bu kişi satıcıdır və yoxsul insandır. Mən bəzən ona yardım edirəm və amma ona birbaşa pul vermək istəmirəm. Birincisi ona görə ki, izzəti və abırı aradan gedər. İkincisi isə Allah eləməsin, pul götürməyə adət edər.

Bizim üçün fərqi yoxdur ki, nazik dərili kahu yeyək, ya beləsini. Amma mən bilirəm ki, bunları heç kəs almayacaqdır. Satıcı dükanını bağlayan zaman onları zibilə atacaqdır. Onun xəsarəti və ziyanının qarşısını almaq üçün, bunları satın almışam”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930