Rəcəb ayında bir sədəqənin savabı
Mьəllif: admin1
Tarix: 20-02-2022, 10:27
Rəcəb ayında bir sədəqənin savabı
Əbu Səid Xudri nəql edir ki, Peyğəmbərdən (s) soruşdular:

يَا نَبِيَّ اللَّهِ فَمَنْ عَجَزَ عَنْ صِيَامِ رَجَبٍ لِضَعْفٍ أَوْ لِعِلَّةٍ كَانَتْ بِهِ أَوِ امْرَأَةٌ غَيْرُ طَاهِرَةٍ يَصْنَعُ مَا ذَا لِيَنَالَ مَا وَصَفْتَ

“Ey Allahın Rəsulu (s)! Rəcəb ayında zəiflik və ya şəri üzr səbəbindən oruc tutmağa aciz olanlar, eləcə də, pak olmayan qadınlar bu savaba çatmaq üçün nə etsinlər?”

Peyğəmbər (s) buyurdu:

يَتَصَدَّقُ فِي كُلِّ يَوْمٍ بِرَغِيفٍ عَلَى الْمَسَاكِينِ وَالَّذِي نَفْسِي بِيَدِهِ إِنَّهُ إِذَا تَصَدَّقَ بِهَذَا الصَّدَقَةِ فَيَنَالُ مَا وَصَفْتُ وَ أَكْثَرَ إِنَّهُ لَوِ اجْتَمَعَ جَمِيعُ الْخَلَائِقِ عَلَى أَنْ يُقَدِّرُوا قَدْرَ ثَوَابِهِ مِنْ أَهْلِ السَّمَوَاتِ وَ الْأَرَضِينَ مَا بَلَغُوا عُشْرَ مَا يُصِيبُ فِي الْجِنَانِ مِنَ‏ الْفَضَائِلِ وَ الدَّرَجَاتِ

“Hər gün yoxsullara bir çörək sədəqə versin. And olsun canımın sahibinə, əgər bu sədəqəni versə, Rəcəb ayında oruc tutan şəxsə verilən savaba, hətta daha artığına nail olacaqdır.

Belə ki, bütün yaranmışlar – yer və göy əhli onun savabını saymaq üçün bir yerə toplaşsalar da, Cənnətdə ona veriləcək fəzilət və dərəcələrin ondan birini hesablayıb qurtara bilməyəcəklər.”

“Əl-əmali”, Şeyx Səduq, səh.539



Maide.Az
Oxşar xəbərlər
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031