İmam Əli (ə) kimin naləsini eşitmişdi?
Mьəllif: admin1
Tarix: 15-02-2022, 11:01
İmam Əli (ə) kimin naləsini eşitmişdi?
Quranla İtrətin (ə) rabitəsi nur ilə bəsirətin rabitəsi kimidir. Vəhy nuru öz-özlüyündə aydınlıq gətirər, ancaq bu aydınlığı görməyi bacaran bəsirət lazımdır ki, bu da İtrətdə (ə) mövcuddur.

Bu həqiqət, Əhli-Beytin (ə) Quranla rabitəsini nişan verir və İtrətin (ə) təfsir əhli olduğuna işarə edir. Quran ayələri bu əzizlərin vasitəsilə mənalandırılmış və təfsir edilmişdir. Ancaq bundan sonra Quran ayələrinin həqiqi nuru üzə çıxmışdır.

İmam Əli (ə) Mədinədə etdiyi xütbəsində buyurmuşdur: “Ey insanlar! Peyğəmbərin (s) Əhli-Beyti (ə) barəsində Quranda kərim ayələr nazil olmuşdur. Onlar Rəhman Allahın elm xəzinələridir. Əgər söz desələr, düz deyərlər”.

İmam Əli (ə) Kufədə olan zaman isə 87-ci xütbəsində buyurmuşdur: “Ey insanlar, hara gedirsiniz? Niyə haqq yolundan azırsınız? Haqqın bayraqları qalxmışdır.

Niyə sərgərdansınız, o halda ki, Peyğəmbərin (s) İtrəti (ə) sizin aranızdadır. Onlar – haqq rəhbərləri, din rəhbərləri, doğru danışan dildirlər. Ona görə də onlara Quranın ən üstün mənzillərində yer verməlisiniz”.

İmam Əli (ə) başqa xütbəsində buyurur: “Mən vəhy nurunu və risaləti görmüşəm. Nübuvvətin ətrini duymuşam. Mən Peyğəmbərə (s) vəhy nazil olan zaman, şeytanın (lən) naləsini eşitmişəm.

Demişəm: “Ey Allahın Rəsulu! Bu, kimin naləsidir?”.

Demişdir: “Şeytanındır ki, öz pərəstişindən məyus olmuşdur.

Ya Əli, o şeyi ki, mən eşidirəm – sən də eşidirsən. O şeyi ki, mən görürəm – sən də görürsən, məgər o halda ki, sən peyğəmbər deyilsən, mənim vəzirimsən və xeyir yoluna gedirsən””.

Bəli, bütün bu deyilənlərdən bir daha bəlli olur ki, Quran və İtrət (ə) – ayrılmaz ikilikdir ki, Peyğəmbər (s) onu ümməti üçün miras qoyub getmişdir.

Hər kim bu iki nurun ətəyindən yapışarsa, nicat tapar. Ancaq bir şərtlə ki, onları bir-birindən ayırmasın və hər ikisinin rabitəsini təsdiq etsin. Quranı İtrətsiz və İtrəti də Quransız təsəvvür etməsin.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Yanvar 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031