Bir baxış, bütün həyatı boyu edilən xeyir əməlləri puç edə bilər
Mьəllif: admin1
Tarix: 23-02-2021, 11:13
Bir baxış, bütün həyatı boyu edilən xeyir əməlləri puç edə bilər
Hədislərdə oxuyuruq ki, Həzrət İsa (ə) həvariləri ilə birlikdə bir yoldan keçirdi. Bu zaman həmin dövrün ən fasiq insanını görür ki, günahları ilə məşhur idi.

O, Həzrəti (ə) görən zaman sinəsində həsrət atəşi alovlandı. Peşmançılıq gözlərindən oxunurdu. Həzrətə (ə) halının zülmətindən şikayət etdi.

Öz-özünə düşündü ki, ömründə yaxşı əməl görmədiyi üçün, bu pak insanlarla birlikdə addımlamağa ləyaqəti yoxdur.

Ancaq bu insanlar Allahın dostu olduqları üçün, əgər onlarla birlikdə bir neçə addım atsam, zay olmayacaqdır. Özünü səhabələrin iti kimi edir. Sadiqcəsinə və müticəsinə onların ardınca gedir.

Səhabələrdən biri görür ki, həmin günahkar insan onların ardınca gəlməkdədir.

Deyir: “Ya Ruhullah! Ey pak can! Bu qəlbi ölmüş napakın bizimlə getməyə nə layaqəti vardır ki?!

Ey İsa! Onu qov ki, bizim ardımızdan geri qayıtsın. Məbada onun günahının xəcaləti bizə də çatar”.

Həzrət İsa (ə) nə edəcəyini və nə deyəcəyini düşünür və bu zaman İlahi vəhy gəlir: “Ya Ruhullah! Öz təkəbbürlü dostuna de ki, əməllərinə başdan başlasın.

Bu günə qədər gördüyü hər bir xeyir əməli o günahkara bir həqarət dolu baxışına görə əməl dəftərindən məhv etdim”.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930