Xof üstündür, yoxsa rəca?
Müəllif: Admin
Tarix: 22-02-2021, 21:54
Xof üstündür, yoxsa rəca?
Əgər insan qəlbinə İlahi əzabdan və məkrdən qəflət etmək və Allahın rəhmətinə ümid bəsləmək qələbə çalarsa – bu yerdə xof daha lazımlı və üstündür.

Əgər insanın qəlbinə Allah rəhmətindən ümidsizlik qalib gələrsə, ümidvar olmaq daha üstündür.

Təqvalı möminin zahiri ilə batini, aşkarı ilə gizlisi bəyənilməyən əməllərdən uzaqdır. Bu cür insanın qəlbində yaxşı olar ki, xof və rəca eyni səviyyədə və ölçüdə olsun.

İnsanların əksər hissəsi Allahın rəhmətinə ümidvar olduqları üçün, xofdan uzaq olurlar. Halbuki, yaxşı olardı ki, bu insanlarda xof rəcadan daha çox olardı.

Ölən zaman isə yaxşı olardı ki, Allahın rəhmətinə ümid xofdan daha çox olsun. Çünki adətən xof – iş görmək üçün şallaq rolunu oynayır.

Ancaq ölən insanın artıq iş görmək qabiliyyəti olmur. Onun əməl dəftəri bağlanmaqdadır. Ona görə bu yerdə qorxunun faydası olmaz.

Çünki həyat damarları kəsilməkdədir və insan ölüm anındadır. Bu anda insan qəlbində rəcanın çox olması qəlbini gücləndirər və Allah nəzərində daha sevimli cilvələnər. Allah insanın ümid qapısı olar.

O ibadət ki, rəcadan qaynaqlanar – xofdan qaynaqlanan ibadətdən daha üstündür. Çünki Allaha ən yaxın bəndə o kəsdir ki, onların ən məhbubu olsun. Məhəbbət səbəb olar ki, rəca qəlbdə güclənsin.

Misal üçün, iki sultanı təsəvvür edin ki, biri cəza qorxusundan insanlara xidmət edir. Lakin o birisi mükafat ümidi ilə insanlara xidmət edir. Ona görə də deyə bilərik ki, rəca ilə olan ibadət, xof ilə olan ibadətdən daha üstündür.

Uca Allah Həzrət Yəquba (ə) vəhy göndərir: “Ey Yəqub! Bilirsənmi ki, niyə səninlə Yusif arasına ayrılıq salmışam? Ona görə ki, demisən: «Həqiqətən, onu (çölə) aparmağınız məni çox qəmgin edir və qorxuram ki, siz ondan xəbərsiz ikən canavar onu yesin». (“Yusif” 13).

Niyə canavardan qorxdun və Mənə ümid bəsləmədin? Niyə qardaşlarının qəflətinə diqqət etdin, ancaq Mənim qorumamdan qafil oldun?”.

Beləliklə deyə bilərik ki, xof və rəca – o sifətlərdir ki, həqiqi mömində olmalıdır. Hədislərimizin buyurduğuna görə, həqiqi mömin o kəsdir ki, onda xof və rəca eyni səviyyədə olar.

Ancaq o yerdə ki, insan həddən artıq Allahın rəhmətinə ümid edir və Onun qəzəbindən qafil olur – xofun çox olması daha üstündür.

O yerdə ki, insan Allah rəhmətindən ümidsiz olur – həmin yerdə rəcanın çox olması üstündür. Hər bir halda mömin o kəsdir ki, onda həm xof olar, həm də rəca.

Həzrət Peyğəmbər (s) buyurur: “Əgər mömin Allahın cəzasından agah olsaydı, heç kəs behiştə ümid bəsləməzdi. Əgər kafir Allah rəhmətindən agah olsaydı, heç kəs behiştdən ümidsiz olmazdı”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031