Güman edilməyən yerdən gələn bu ruzi nədir?
![]() Kim Allaha təvəkkül etsə, O, ona kifayət edər; şübhəsiz, Allah Öz əmrini çatdıran və iradəsini həyata keçirəndir; həqiqətən, Allah (varlıq aləmində mahiyyət, kəmiyyət, keyfiyyət, varlıq əlamətləri, ömür müddəti baxımından) hər bir şey üçün müəyyən bir ölçü qoymuşdur”. (“Təlaq 2-3). İmam Sadiq (ə) bu ayələrin təfsirində buyurur: “Məqsəd – dünya ruzisidir”. İmam Əli (ə) bu ruzi barəsində buyurur: “O kəsə elə ruzi çatar ki, onun üçün heç addım atmamışdır, ona tərəf əl uzatmamışdır, onun üçün dil açmamışdır. O, ruzi – həmin ruzidir ki, Allah Quranda yuxarıdakı ayələrdə buyurmuşdur”. Yəni, Allahın təqva əhlinə vəd etdiyi ruzidir. İmam Sadiq (ə) buyurur: “Allah möminlərin ruzisini o yerdən qərar vermişdir ki, güman etmirdilər. Bu məsələnin səbəbi budur ki, bəndə o zaman ki, ruzisinin gəldiyini bilməz, duası daha çox olar”. Beləliklə deyə bilərik ki, Allah təqva əhlinə ruzi vəd etmişdir ki, həmin ruzi güman etmədiyi yerdən ona çatar. Bu ruzi – elə ruzidir ki, onun üçün zəhmət çəkməmiş və onu Allahdan istəməmişdir. Bu, Allahın lütfü sayəsində mömin bəndəyə nazil olan ruzidir. /Deyerler.org/ Oxşar xəbərlər
|
|