Qüds şəhərinin adının mənası nədir?
Mьəllif: admin1
Tarix: 16-02-2021, 10:32
Qüds şəhərinin adının mənası nədir?
“Qüds” sözü “müqəddəslik” sözü ilə eyni kökdəndir. Yəni Qüds şəhərinin adı müqəddəsliyi ifadə edir.

Bu şəhərə sair dinlərdə də “müqəddəs şəhər” deyirlər. Səbəb budur ki, Qüdsdə üç səmavi dinin müqəddəs ibadətgahları yerləşir.

Yəhudi inancına görə, Həzrət Süleyman (ə) məbədi bu şəhərə müqəddəslik bəxş edir. Xristianlar Həzrət İsanın (ə) yaşadığı, öldürüldüyü və dəfn edildiyi (xristian inancına görə) şəhər kimi Qüdsə ehtiram göstərirlər.

İslam dinində isə Qüds müsəlmanların Məkkədən əvvəlki ilk qibləsidir. Həzrət Mühəmməd Peyğəmbər (s) merac gecəsində əvvəldə Məkkədən Qüdsə aparılmış, oradan səmaya – meraca yüksəlmişdir.
(islam.az)
Oxşar xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031