Bu 3 ay və 3 gecə yalnız bizim ümmətə hədiyyə olunmuşdur
Mьəllif: admin1
Tarix: 24-01-2023, 12:46
Bu 3 ay və 3 gecə yalnız bizim ümmətə hədiyyə olunmuşdur
Allah Təala bəzi ayları və günləri insanların qəflətdən ayılması üçün qərar vermişdir ki, Uca Allaha diqqət etsinlər.

Rəcəb ayının 13, 14, 15-ci gecəsi və gündüzü də belə günlərdəndir. Allah Təala bu günləri xüsusi bəndələri üçün qərar vermişdir ki, həmin günlərdə əllərini dünyadan çəksinlər və axirətin ətəyindən yapışsınlar.

Çünki Allah insanı daha böyük hədəflər üçün xəlq etmişdir. Şərafətli günlər və aylar səbəb olar ki, insan Allaha tərəf üz tutsun və həyatında ibadi ruha malik olsun.

İmam Sadiq (ə) buyurur: “Bu ümmətə üç ay əta olunmuşdur ki, heç bir keçmiş ümmətə əta olunmamışdır. Rəcəb, Şəban və Ramazan ayları.

Həmçinin onlara üç gecə əta olunmuşdur ki, keçmişdəkilərdən heç birinə əta olunmamışdır. 13, 14, 15-ci gecələr”.

Allahın bu aylarla bağlı tövsiyələrindən biri budur ki, bu üç gecədə oyaq qalıb, ibadətlə məşğul olsunlar. Allah bu mübarək gecələrdə bəndələrinin günahını bağışlayar.

Mələklərə əmr edər ki, həmin bəndənin əməl dəftərinə nəzər salsınlar. Əgər orada günah olarsa, onu məhv edib həsənəyə çevirsinlər.

Bu gecələr üçün bir çox əməllər tövsiyə olunmuşdur ki, onlardan biri də İmam Hüseyni (ə) ziyarət etməkdir. Çünki bu əməl həm günahları məhv edər və həm də zəvvara çoxlu bərəkət nazil edər.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930