Niyə Rəcəb ayı, İmam Əlinin (ə) ayı adlandırılır?
Mьəllif: admin1
Tarix: 24-01-2023, 18:15
Niyə Rəcəb ayı, İmam Əlinin (ə) ayı adlandırılır?
Əllamə Ayətullah Mirbaqiri elmi bəhslərindən birində buyurmuşdur: “Mərhum Seyyid Tavus “İqbali-əməl” kitabında yazmışdır ki, Peyğəmbər (s) buyurur:

“Allah yeddinci səmada Dayi adlı bir mələk qərar vermişdir ki, nə zaman Rəcəb ayı gəlib çatar, hər axşam səhərə qədər fəryad çəkər: “Xoş olsun zakirlərin halına! Xoş olsun itaət edənlərin halına!”.

Allah buyurur: “Mən o kəsin yoldaşıyam ki, Mənim yoldaşım olar. O kəsin mütisiyəm ki, Mənə itaət edər. O kəsin bağışlayanıyam ki, Məndən bağışlanma istəyər.

Ay – Mənim ayım, bəndə – Mənim bəndəmdir, rəhmət – Mənim rəhmətimdir. Ona görə də hər kim bu ayda Məni çağırarsa, onu yerinə yetirərəm.

Hər kim Məndən istəyərsə, ona əta edərəm. Hər kim Məndən hidayət istəyərsə, hidayət edərəm. Bu ayı Özümlə bəndələrim arasında kəndir qərar vermişəm ki, hər kəs ona çəng vurarsa, Mənə çatar”.

Uca Allah bu ayı Özü ilə bəndələri arasında kəndir qərar vermişdir. Bu kəndirin bir ucu insanların əlindədir və bir ucu isə Allahın.

Əgər kimsə bu kəndirə əl atarsa, Allaha qovuşar. Bu səbəbdən Rəcəb ayı Allaha qovuşmaq ayıdır. Bu ayın batini, Quranın batini kimidir.

Məsumlar (ə) isə bəndə ilə Allahı bir-birinə qovuşduran kəndirdir. Bu haqda hədis də vardır ki, buyurur: “Rəcəb ayı – Əmirəl-möminin (ə) ayıdır.

Necə ki, Şəban – Allah Rəsulunun (s) ayıdır və Ramazan ayı – Allahın ayıdır”.

Bəs niyə Əmirəl-möminin?

Rəcəb ayının Əmirəl-mömininə (ə) nisbət verilməsi bir çox ehtimallara görədir. Belə görünür ki, aləmdəki bütün işlər mələkut sifətinə malikdir ki, bu nöqtə bütün zamanlara şamil edilir.

Misal üçün, cümə gecəsi təbii bir qəlib deyildir, bəlkə elə bir fenomendir ki, aləmdə xüsusi məqama malikdir. Bu zamanda mələklər nazil olarlar. Xeyirlər nazil olar.

İnsanın batininə yollar açılar. Cümə gecəsi mələklərin nazil olduğu zaman və o vaxtdır ki, rəhmət qapıları açılar. Yollar açılar. Sonrakı saatlarda qürb üçün bu şərait mövcud olmayacaqdır.

Aylar da o cürdür. İmam Əlinin (ə) Rəcəb ayına nisbət verilməsinin səbəblərindən biri budur ki, bu ayda vilayəti təcəlli tapmışdır. Vilayət qapısı bu ayda açılmışdır. Bu ayda İmam Əlinin (ə) vilayətindən bəhrələnmək olar.

Başqa sözlə desək, İmam Əlinin (ə) şəfaətinə çatmaq olar. Çünki Rəcəb ayı o Həzrətin (ə) şəfaət ayıdır. Həzrət (ə) bu ayda insanları hidayət etmək üçün öz vilayəti ilə şəfaət edəcəkdir.

Buna görə də Rəcəb və ya İmam Əlinin (ə) ayı o aydır ki, insan vüsala çatır. Həzrətin (ə) vilayətinin təcəllisindən biri, bu ayın batinindədir. Bu ayda vilayəti dərk etmək qapıları açıqdır”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930