“Ümmü Davud” duasının misilsiz təsirləri
Mьəllif: admin1
Tarix: 13-02-2026, 13:24
“Ümmü Davud” duasının misilsiz təsirləri
İmam Cəfər Sadiqin (ə) dövründə Abbasi hakimlərindən biri Davud adlı bir günahsızı həbs etməyi əmr edir. Onu öldürmək qərarına gəlir.

Davudun anası hər yerdən əlini üzür və İmam Sadiqin (ə) xidmətinə gəlir. Ondan çarə yolu istəyir.

İmam (ə) da Davudun anasına buyurur ki, Rəcəb ayının 13, 14, 15-ci günlərini oruc tutsun və üçüncü günü (ayın 15-i) Quranın müəyyən olunmuş surələrini oxusun. Onu bitirdikdən sonra İmamın (ə) ona öyrətdiyi duanı oxusun. Sonra oğlunun işində fərəcin intizarında olsun.

Davudun anası bu deyilənləri edir və müvəffəq olur ki, oğlu həbsxanadan və ölümdən nicat tapsın.

O gündən sonra Əhli-Beyt (ə) davamçıları böyük bəla ilə üzləşən zaman bu əməlləri yerinə yetirir və bu duanı oxuyarlar. Dua və əməllər sayəsində onların da müşkülü həll olar.

Uca Allah cəmi bağlı qapıları açsın, inşəallah!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31