Elmin günəşi - İmam Baqir (ə)
Mьəllif: admin1
Tarix: 23-01-2023, 10:44
Elmin günəşi - İmam Baqir (ə)
İmam Baqir (ə) 57-ci hicri ilinin Rəcəb ayının 1-də cümə günü Mədinədə dünyaya gəlmişdir.

O, 3 və ya 4 yaşına qədər babası İmam Hüseyni (ə) və 37, ya 38 yaşına qədər əziz atası İmam Səccadı (ə) görmüşdür.

Onların feyzindən bəhrələnmişdir. Qalan dövrü isə imamətlik etmişdir.

İmam Baqirin (ə) dövründə çox sayda xəlifələr hökumət başına gəlib getmişdir. Həzrət Baqir (ə), Hişam ibni Əbdülməlikin dövründə şəhid edilmişdir.

İmam Baqirin (ə) anası İmam Həsənin (ə) qızı Fatimə idi. İmam Baqirin (ə) atası İmam Səccad (ə) - İmam Hüseynin (ə) oğlu, anası Fatimə xanım – İmam Həsənin (ə) qızı olduğu üçün, hər 2 tərəfdən Peyğəmbərimizin (s), Həzrət Zəhranın (s.ə), İmam Əlinin (ə) övladıdır, bəni-Haşimdəndir.

O, İmam Həsən (ə) və İmam Hüseynin (ə) nəslindən dünyaya gələn ilk övlad idi.

İmam Baqirin (ə) künyəsi Əbu Cəfərdir. Ləqəbləri isə çoxdur və onlardan ən məşhuru Baqir, ya Baqiril-ulumdur. İmama (ə) ona görə belə ləqəb vermişdilər ki, elmin qapılarını açmışdır.

O, maarifin, əhkam həqiqətlərinin, hikmətlərin sirlərini açmışdı. İmam Baqir (ə) çox sayda çətinliyə sinə gərərək, böyük bir İslam məktəbinin təməlini qoyur.

Həzrət (ə) o dövrün elm və fəzilət istəyənlərini ətrafına toplayır. Həzrətdən (ə) çox sayda hədis, elmi əsərlər, əhkam və təfsir mövzuları və tarix haqqında məlumatlar yadigar qalmışdır ki, oğlu İmam Sadiqdən (ə) başqa heç bir İmamdan (ə) bu qədər yadigar gəlib çatmamışdır.

Elm istəyində olanlar onun elm ocağından bəhrələnirdirlər ki, tələbələrini sayı 468-ə çatmışdı.

İmam (ə) elə bir dövrdə yaşayırdı ki, əziz Peyğəmbərimizdən (s) gələn hədisləri nəql etmək qadağan edilmiş və yalançı hədislər çoxalmışdı.

Çox sayda firqələr meydana gəlmiş və hər biri də dini öz baxışına görə təfsir edirdi. Müsəlman olmuş yəhudilər də dini təlimləri öz baxışlarına uyğun dəyişdirməyə çalışırdılar.

İmam Baqir (ə) belə bir dövrdə elmi ayağa qaldırdı və insanlara Peyğəmbər (s) elminin həqiqətlərini göstərməyə səy etdi.

Həzrət Peyğəmbərin (s) və İmamların (ə) hədislərinə həyat verdi. İnsanların tövhidə olan əqidəsini islah etdi.

İmam Baqir (ə) kiçik yaşda da olsa, Kərbəla hadisələrinin şahidi olmuşdu.

İmamın (ə) 7 övladı olmuşdur. Oğlu Həzrət İmam Cəfər (Sadiq), digər oğlu – Abdullah idi. Oğlunun anası Ümmi Fəruh - Qasim ibni Muhəmməd ibni Əbu Bəkrin qızı idi.

Həzrətin (ə) o biri övladlarıın adı İbrahim və Ubeydullah idi ki, analarının adı Ümmi Həkimdir. Əli və Zeynəb adlı başqa övladları isə kənizdən dünyaya gəlmişdir.

Ümmi Səlimə də Həzrətin (ə) başqa bir övladıdır ki, onun da anası kəniz olmuşdur. İmam Sadiqdən (ə) başqa Həzrət Baqirin (ə) qalan övladları dünyalarını dəyişirlər və özlərindən sonra nəsil qoymamışdılar.

Mövludun mübarək ey İmam Baqir !

Mövludun mübarək ey Elm Günəşi!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930