Rəcəb ayının hansı sovqatları var?
Mьəllif: admin1
Tarix: 22-01-2023, 21:51
Rəcəb ayının hansı sovqatları var?
O kəslər ki, vaxtlarını qənimət hesab edirlər, Rəcəb ayının mərifət və məqamına xüsusi əhəmiyyət verir, bu aydan daha çox sövqat alır və fürsət əldə edirlər. İlahi ariflər bu sövqatların intizarını bir il çəkirlər.

İbni Abbas nəql edir: “Rəcəb ayı gəlib çatan zaman Allahın Peyğəmbəri (s) müsəlmanları öz ətrafında toplayardı və onların arasında moizə deyərdi.

Allaha həmd və səna edərdi. Keçmiş peyğəmbərləri (ə) yada salardı və onlara salam göndərərdi.

Sonra buyurardı: “Ey müsəlmanlar! Böyük və mübarək ay sizə kölgə salmışdır. Bu ay rəhmətlə doludur. Bu ayda rəhmət o kəsə enəcəkdir ki, Ona bəndəlik edəcəkdir. Nə müşrik bəndəyə və nə də İslamda bidət edən kəsə (aid olmayacaqdır)”.

Rəcəb ayının sovqatları:

1. Cəhənnəmdən nicat tapmaq və behiştə düşmək icazəsi almaq. Həzrət Peyğəmbər (s) buyurur: “Rəcəb ayı – Allahın aylar arasından seçdiyi aydır. O, Allahın ayıdır.

Hər kəs Rəcəb ayını böyük hesab edər – Allahın əmrini böyük hesab etmiş olar. Hər kim Allahın əmrini böyük hesab edər – (Allah) onu bol nemətli behiştlərə daxil edər”.

İmam Kazım (ə) buyurur: “Hər kim Rəcəb ayının bir gününü oruc tutarsa, cəhənnəm atəşi bir il qədər ondan fasilə saxlayar və hər kim üç gün oruc tutarsa, behişt onun üçün vacib olar”.

2. Həsənələr bir neçə qat artar və günahlar məhv olar. Bu mübarək ayda Allaha bəndəlik etmək və Allahdan bağışlanma istəmək – böyük əhəmiyyətə malik olan əməllərdəndir.

Belə ki, hədislər buyurur ki, bu ayda həsənələr bir neçə qat artır və oruc tutmaqla bağlı olaraq, günahlar məhv olur.

İmam Kazım (ə) buyurur: “Rəcəb əzəmətli aydır ki, Allah həsənələri onda ikiqat edər və günahları onda məhv edər”.

Allah Təala bizləri bu ayın bərəkətlərindən binəsib etməsin!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930