Rəcəb ayı yaxınlaşır-Dai mələkin nidası
Mьəllif: admin1
Tarix: 10-02-2021, 12:02
Rəcəb ayı yaxınlaşır-Dai mələkin nidası
Rəcəb ayının mühüm müraqibətlərdən biri də Rəsuli-əkrəmdən (s) nəql olmuş “Dai mələk” hədisini yada salmaqdır. Allahın Rəsulu (s) buyurdu:

“Mütəal Allahın yeddinci səmada “Dai” adlı bir mələki vardır. Rəcəb ayı gəlib çatdığı zaman bu mələk hər gecə səhərə qədər nida edib deyir: Xoş olsun, Allaha həmd-səna edənlərin halına.

Xoş olsun, Allaha itaət edənlərin halına. Mütəal Allah buyurur: Mənimlə həmsöhbət olanla Mən də həmsöhbət olaram. Mənə itaət edən şəxsdən Mən də itaət edərəm (istəklərini yerinə yetirərəm).

Məndən bağışlanmaq istəyəni bağışlayaram. Ay Mənim ayım, bəndə Mənim bəndəm, rəhmət Mənim rəhmətimdir. Bu ayda Məni səsləyən hər bir kəsin səsinə səs verərəm.

Məndən istəyən hər bir kəsə əta edərəm. Məndən hidayət istəyən kəsi hidayət edərəm. Bu ayı Özümlə bəndələrim arasında ip qərar vermişəm ki, onu tutan hər bir şəxs Mənə yetişər.”

“Əl-Muraqibat” kitabından
Oxşar xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031