Möminə niyə mömin deyilir?
![]() Hər kim Mənim mömin bəndəmi əziz tutarsa, Mənim qəzəbimdən amandadır. Şübhəsiz ki, yeddi göy və yer onlara görə bərpadır””. Allah Təala buyurur: “Hər kim Mənim dostlarımdan birini xar edərsə, sanki Mənim qarşımda döyüş üçün dayanmışdır. Mən öz dostlarıma çox tez yardım edirəm”. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim mömini zəlil edərsə, Allah onu xar edər”. Başqa hədisdə Rəsulallah (s) buyurur: “Ən zəlil insan o kəsdir ki, insanları xar edər”. Həzrət Peyğəmbər (s) buyurur: “Allah Təala mömini Öz əzəmətindən, cəlalından və qüdrətindən yaratmışdır. Ona görə hər kim ona tənə vurarsa, ya sözünü rədd edərsə – sanki Allahın sözünü rədd etmişdir”. Həzrət Rəsuli-Əkrəm (s) buyurur: “Möminə ona görə mömin deyirlər ki, insanlar can və mal cəhətdən ondan amandadırlar. Müsəlman o kəsdir ki, insanlar onun əlindən və dilindən amanda olsun. Mühacir o kəsdir ki, günahlarından hicrət edər və uzaqlaşar”. /Deyerler.org/ Oxşar xəbərlər
|
|